Accessibility links

Azərbaycan 2024-cü ildə azad olunmuş ərazilərin bərpasına 2,4 milyard dollar vəsait yönəldəcək


Ağdam şəhəri
Ağdam şəhəri

2024-cü ildə Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün 2,4 milyrd ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıracağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da azad edilmiş Zəngilan rayonunda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.

“Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq”, prezident qeyd edib.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə etdikdən sonra Azərbaycan azad olunmuş ərazilərində kommunikasiya qurğularının və yaşayış məskənlərinin bərpasını davam etdirir. Belə ki, regionda elektrik enerjisinin verilişi bərpa edilib, bir hava limanı tikilib, daha iki hava limanının tikintisi davam etdirilir, yüz kilometrlərlə avtomobil yolları, körpülər tikilib, bu istiqamətdə yolların, körpülərin və tunellərin bərpa-tikinti işləri davam etdilir, dəmir yolu tikintisi sahəsinədə də işlər davam etdirilir. Bununla yanaşı, yaşayış yerlərinin tikintisi də davam etdirilir. Artıq yüzlərlə ailə öz doğma evlərinə qayıdıb.

BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir.

Bununla yanaşı, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə, bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir.

Forum

XS
SM
MD
LG