Accessibility links

Slovakiya Ağdamda “ağıllı kənd” tikəcək


Slovakiya 2024-cü ildə Ağdam rayonunda “ağıllı kənd”in tikintisinə başlayacaq.

Bu barədə Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar Azərbaycan Milli Məclisnin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

Boris Kollar sentyabrın 6-da Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcəyini bildirib.

“Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd"in tikintisinin layihə sənədləri ilə bağlı müqavilə imzalanacaq. Prezident İlham Əliyevlə bu layihəni müzakirə etdik. Layihə sənədləri gələn ilin fevral ayına qədər hazır olmalıdır. Azərbaycan bütün prosesi sürətləndirmək istəyir. Təxminən yazda “ağıllı kənd"in tikintisinə başlanmalıdır”, Boris Kollar qeyd edib.

Azərbaycanın azad olunmuş ərazilərində ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun işğal zamanı tamamilə dağıdılaraq xarabalığa çevrilmiş Ağalı kəndinin ərazisndə həyata keçirlib. Hazırda həmin kəndə yüzdən çox ailə köçürülüb.

Rəsmi məlumatlara görə, Azərbaycanın azad edilmiş ərazilərində 900-dən çox dağıdılmış yaşayış məskəni yenidən tikilməlidir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG