Accessibility links

Ukraynanın Novorossiysk limanına hücumu Rusiyanın neft ixracını təhlükə altına qoyur


Bakı-Novorossiysk neft kəməri (Arxiv foto)
Bakı-Novorossiysk neft kəməri (Arxiv foto)

Avqustun 4-də gecə saatlarında Ukrayna silahlı qüvvələri iki dəniz pilotsuz kateri ilə Novorossiysk hərbi dəniz bazasına hücuma cəhd edib.

Rusiya Müdafiə Nazirliyi teleqram kanalında bildirib ki, hücum dəf edilib.

“Hücumun dəf edilməsi zamanı hərbi-dəniz bazasının xarici reydini qoruyan Rusiya gəmilərinin standart silahlarından pilotsuz katerlər vizual olaraq aşkar edilərək atəşlə məhv edilib,” Müdafiə Nazirliyi bildirir.

Bununla yanaşı, sosial şəbəkələrdə Rusiyanın Qara Dəniz sahilində yerləşən Novorossiysk limanında partlayışların baş verməsi əks olunan videolar yayılıb.

Novorossiysk Rusiyanın Qara Dənizdəki ən böyük ticarət limanlarından biridir. Bu liman Rusiya və Qazaxıstan neftinin daşınmasında mühüm rola malikdir. Azərbaycanın 1997-ci ildə istismara verilən ilk neft kəməri Bakı-Novorossiysk kəməri olub. Azərbaycan nefti şimal marşrutu üzrə bu kəmər vasitəsi ilə Novorossiysk limanına daşınıb və sonra dünya bazarına çıxarılıb. Novorossiysk limanı vasitəsi ilə həmçinin Türkiyə və Avropa ölkələrindən gələn yüklər Rusiya və Asiya ölkələrinin bazarına çıxarılıb və əksinə yüklər daşınıb.

Ekpertlər hesab edir ki, limanın infrastrukturu vurularsa bu istiqamətdə problemlər daha da dərinləşdirəcək və Orta Dəhlizə tələbat daha da artacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, Azərbaycan sonuncu dəfə Bakı-Novorossiysk neft kəməri ilə neft daşımasını 2020-ci ilin yanvarında həyata keçirib.

“Rusiya-Ukrayna müharibəsi başlayandan bir ay qabaqdan Azərbaycan Novorossiyk limanından istifadə etmir. Belə ki, həm təhlükəsizlik, həm də kommersiya maraqları baxımından Novorossiysk limanı Azərbaycan neftinin daşınması üçün əhəmiyyətli deyil. Çünki Tixareks məntəqəsində Azərbaycan nefti Qazaxıstan və Rusiya nefti ilə qarışdırdığından urals markası altında bazara çıxarılırdı. Brent markalı neftlə urals markalı neftin satış qiymətləri arasında əvvəlcə 5 dollar, sonra isə 23 dollaradək fərq oldu. Bu səbəbdən həm təhlükəsizlik, həm də kommersiya maraqlarına görə bu gündədək Azərbaycan Rusiya terminallarından istifadə etmir”, təhlilçi qeyd edib.

İlham Şaban: Novorossiysk limanı təhlükəsizlik vəı kommersiya baxımından Azərbaycan neftinin daşınması üçün sərfəli deyil
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Şaban deyib ki, Qazaxıstan neftinin 81 faizi Tengiz-Novorossiysk kəməri vasitəsi ilə bazara çıxarılır.

“Qazaxıstan rəsmiləri ötən il ölkədə baş verən insidentlərdən sonra şaxələndirmə ilə bağlı bəyanatlar verdilər. Ancaq görünın fakt budur ki, maksimum 1,52 milyon ton neft daşımaq reallığındadırlar. Hətta, 2023-cü ildə 67 milyon ton buraxıcılıq gücü olan Tengiz-Novorossiysk kəmərinin buraxıcılıq gücünü 82 milyon tonadək artırmaq barədə təkliflərə də baxılır. Qazaxıstan tərəfi də başa düşür ki, qısa müddət ərzində böyük həcmləri ayırıb Bakı-Tbilisi-Ceyhan kəməri ilə bazarlara çıxarmaq qeyri-realdır”, o qeyd edib.

İqtisadi Natiq Cəfərli hesab edir ki, Ukrayna ordusunun Novorosiysk limanına zərbə endirməsi və belə hücumların gələcəkdə mümkünlüyü Rusiyanın ixracını, əsas da neft ixracını sual altına salır.

“Bundan başqa qardaş Qazaxstan da neftinin 80 faizdən çoxunu bu liman vasitəsi ilə ixrac edirdi. Hücumdan sonra neft 86 dollara çatdı, amma sözüm onda deyil. Ukrayna ordusunun uğurlu əməliyyatı Qazaxstan neftinin Bakı-Tbilisi-Ceyhan ilə daha çox nəql edilməsinə səbəb ola bilər ki, bu da həm bizim üçün əlavə tranzit gəlirləri, həm də Qazaxstanın Rusiyadan asılılığının azalması deməkdir”.

İqtisadçı hesab edir ki, Azərbaycan hökuməti problemləri etiraf etmir.

“Bizdə neft hasılatının pik dövrü 10-12 il əvvəl keçdi, indi hasilat hər il azalır və azalacaq. Ölkəni illərdir neft gəlirlərinə bağlayan hökumət bir gün ayılacaq ki, qazanc tükənir, neftdən pul az gəlir, o zaman Qazaxstan neftinin tranziti bir az kömək ola bilər, amma 10 milyonluq ölkəni saxlamağa yetərli olmayacaq. Hökumətin, "harda qırıldı-qırıldı", iqtisadi "proqramı" hələ də davam edir”, o facebook səhifəsində yazıb.

Forum

XS
SM
MD
LG