Accessibility links

Bakı limanı ilə daşınan Qazaxıstan neftinin həcmi 75 faiz artıb


Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Bakı limanına nəql olunan Qazaxıstan neftinin həcmi aprel ayında 75 faiz artıb.

Bu barədə KazTransOil şirkəti məlumat yayıb.

"Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin artması Bakı limanı istiqamətində daşınan xammalın həcminin 87 min tondan 152,4 min tona, yaxud 2023-cü ilin mart ayı ilə müqayisədə 75 faiz artması ilə bağlıdır”, məlumatda deyilir.

Ümumilikdə, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi aprel ayında 60,5 min ton və ya 25 faiz artaraq 312,6 min tona çatıb.

Bundan əlavə, aprel ayında Aktau limanından Mahaçqala limanına 160,2 min ton neft göndərilib.

Məlumatda deyilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə əsasən KazMunayQaz və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Tengiz" yatağından hasil edilən illik 1,5 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.

XS
SM
MD
LG