Accessibility links

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açılıb


Mayın 14-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə 2010-cu ilin noyabrında başlanılıb. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.

Dəniz Ticarət Limanı Azərbaycanı qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz bu limandan keçir:

-Bakıdan Rusiyaya keçərək şimal-qərbə doğru uzanan dəmiryolu xətti

- Gürcüstan, Qara dəniz sahilləri və Türkiyədən keçərək qərbə doğru uzanan dəmiryolu xətti.

- Cənuba və İran sərhədinə doğru uzanan dəmiryolu xətti.

Bu liman vasitəsi ilə həm də Qazaxıstan və Türkmənistan nefti Qara və Aralıq dəniz limanlarına çatdırılır.

XS
SM
MD
LG