Accessibility links

Bu il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1.125 milyon ton Qazaxıstan nefti daşınacaq


Pərviz Şahbazov və Serik Jumanqar (Mənbə: Energetika Nazirliyi)
Pərviz Şahbazov və Serik Jumanqar (Mənbə: Energetika Nazirliyi)

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bu ilin sonuna kimi 1.125 milyon ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün twiter hesabında yazıb.

“Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ticari-iqrisadi əməkdaşlığımızın inkişafına dair faydalı müzakirələrimiz olub”, nazir Astanada keçirdiyi görüş barədə qeyd edib.

KazTransOil şirkətinin məlumatına görə bu ilin aprelində Bakı limanına nəql olunan Qazaxıstan neftinin həcmi 75 faiz artıb.

"Aktau limanından Bakı limanı istiqamətində daşınan xammalın həcmi 87 min tondan 152.4 min tona, yaxud 2023-cü ilin mart ayı ilə müqayisədə 75 faiz artıb”, məlumatda deyilir.

Məlumatda həmçinin deyilir ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə əsasən KazMunayQaz və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Tengiz" yatağından hasil edilən illik 1.5 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.

BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.

BTC-nin hazırkı ötürmə gücü gündə 1.2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3.99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

18 yanvar 2023-cü ildə BTC 4 milyard barel neft ixracını qeyd edib.

Ekspertlərin firkincə, BTC vasitəsi ilə Qazaxıstan və Türkmənistan neftinin daşınma həcmi artmaqda davam edəcək.

XS
SM
MD
LG