Accessibility links

ABŞ rəsmisi Səngəçal terminalında olub


ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt Səngəçal terminalında olub.(foto: ABŞ səfirliyi)
ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt Səngəçal terminalında olub.(foto: ABŞ səfirliyi)

ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt Azərbaycan səfəri zamanı iş prosesini daha yaxından öyrənmək üçün Səngəçal terminalına baş çəkib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“Cefri Pyatt qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi, keçid və səmərəlilik sahəsində mühüm tərəfdaşdır”, səfirliyin məlumatında qeyd edilir.

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanda səfərdədir. O, mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil and Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində iştirak edib.

Cefri Pyatt Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahmazov və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.

Xatırlatma

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiya nefti nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyə və Avropa bazarına çatdırılır.

XS
SM
MD
LG