Accessibility links

Sosial şəbəkələrdə Qubad İbadoglunun azadlığı üçün kampaniya başladılıb


Sosial şəbəkələrdə #QubadbeyeAzadlıq... haştagı ilə kampaniya başlayıb (Mənbə: Facebook)
Sosial şəbəkələrdə #QubadbeyeAzadlıq... haştagı ilə kampaniya başlayıb (Mənbə: Facebook)

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna azadlıq tələbi ilə sosial şəbəkələrdə #QubadbeyeAzadlıq... haştagı ilə kampaniya başlanıb.

Kampaniya iştirakçıları elmlər doktoru Qubad İbadoğlu saxlanılarkən onun mediaya danışmasının qarşısını almaq məqsədi ilə üzünü qara örtüklə bağladıqlarını simvolizə edərək başlarına qara torba keçirir və “Qubad İbadoğluna azadlıq!” şüarı yazılmış fotolarını yayır.

Kampaniyaya artıq minlərlə sosial şəbəkə iştirakçısı qoşulub.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.

XS
SM
MD
LG