Accessibility links

Ukrayna Prezidenti humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib


Ilham Aliyev and Volodimir Zelenski (Arxiv foto. Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
Ilham Aliyev and Volodimir Zelenski (Arxiv foto. Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya elektrik avadanlıqları alınması və göndərilməsi məqsədilə 7,6 milyon dollar ayırmasına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Volodimir Zelenski Twitter hesabında yazıb: “Ukraynanın ehtiyacları üçün enerji avadanlıqlarının alınması məqsədilə yardımın ayrılmasına dair sərəncama görə Prezident İlham Əliyevə minnətdaram. Bu dəstək təcavüzkarın davamlı hücumları qarşısında enerji sektorunun sabitliyini təmin etmək üçün vacibdir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, Ukrayna Prezidenti yazıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Volodimir Zelenskinin twitter hesabı
Volodimir Zelenskinin twitter hesabı

İyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam imzalayıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göndərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Azərbaycan Ukraynaya sonuncu dəfə iyunun 9-da humanitar yardım göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG