Accessibility links

Böyük Britaniya və Azərbaycan xarici işlər nazirləri əlaqələrin genişləndirilməsini müzakirə edib


 Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Azərbaycan XİN Ceyhun Bayramov (foto : Azərbaycan XİN)
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Azərbaycan XİN Ceyhun Bayramov (foto : Azərbaycan XİN)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in Twitter hesabında qeyd edilib.

"Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb", Azərbaycan ̣Xarici İşlər Nazirliyi bildirib.

Öz növbəsində, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Twitter hesabında Azərbaycanın Ukraynaya humanitar yardımı üçün xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.

"Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir", paylaşımda vurğulanıb.

Ceyms Kleverti birlidib ki, Azərbaycanla Ermənistan tarixi sülh sazişinin əldə edilməsinə yaxındır.

Bundan əlavə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

XS
SM
MD
LG