Accessibility links

Azərbaycan və Böyük Britaniya enerji və təhlükəsizlik məsələlərini müzakirə edib


Ceyhun Bayramov və Leo Dokerti (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Leo Dokerti (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

“Azərbaycan və Böyük Britaniya ticarət, enerji və təhlükəsizlik sahələrində sabit tərəfdaşlardır. Biz sıx əməkdaşlığın vacibliyini müzakirə etdik”.

Bu barədə Azərbaycanın Londonda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan - Birləşmiş Krallıq Strateji Dialoqu çərçivəsində Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşündən sonra Twitter hesabında yazıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld isə Twitter hesabında yazıb ki, iki ölkənin strateji dialoqu Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqəti gələcək əməkdaşlığa yönəldir.

“Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, o qeyd edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpa Konfransında iştirak etmək məqsədilə iyunun 19-da Böyük Britaniyaya işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilib ki, səfər çərçivəsində nazir Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində eyni zamanda, Azərbaycan xarici işlər nazirinin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları da planlaşdırılıb.

XS
SM
MD
LG