Accessibility links

Azərbaycan Ukraynanın Bərpa Konfransında iştirak edəcək


Ceyhun Bayramov (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Azərbaycan xarici işlər naziri Ukraynanın Bərpa Konfransında iştirak edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, nazir Ceyhun Bayramov bu məqsədlə iyunun 19-da Böyük Britaniyaya işgüzar səfərə yola düşüb.

Mətbuat xidməti idarəsi bildirir ki, səfər çərçivəsində nazir Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları da planlaşdırılır.

XS
SM
MD
LG