Accessibility links

Bayden sammit ərəfəsində NATO üzvlərini alyansa dəstəyi artırmağa çağırır


Bayden sammit ərəfəsində NATO üzvlərini dəstəyi artırmağa çağırır
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Bayden sammit ərəfəsində NATO üzvlərini dəstəyi artırmağa çağırır

Prezident Co Bayden NATO üzvlərini alyansın təhlükəsizliyinə daha çox töhfə verməyə çağırıb. ABŞ prezidenti çağırışı bu həftə NATO rəhbəri ilə görüş zamanı səsləndirib. Ağ Evdə Bayden və Stoltenberq arasında görüş 31 üzvlük alyansın Ukraynada müharibənin diqqət mərkəzində olacağı iyul sammiti ərəfəsində keçirilib. Sammitdən öncə Stoltenberqin bu ilin sonunda planlaşdırıldığı kimi vəzifədən getməsindən sonra alyansa kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirələr genişlənib.

Prezident Co Bayden çərşənbə axşamı günü ABŞ-ın Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləmək öhdəliyini vurğulayaraq, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb və iyul ayında Litva paytaxtında NATO üzvlərinin illik sammiti ərəfəsində əlavə 325 milyon dollar hərbi yardım elan edib.

Bayden NATO-nun işini yüksək qiymətləndirib, eyni zamanda alyansın 31 üzvünü 2014-cü ildə ümumi daxili məhsulun(ÜDM) ən azı 2 faizini müdafiə məqsədilə xərcləmək vədini yerinə yetirmək üçün daha çox iş görməyə çağırıb.

“Biz NATO-nun şərq cinahını gücləndirdik, NATO ərazisinin hər qarışını qoruyacağımızı açıq şəkildə bildirdik. Bir daha təkrar edirəm: ABŞ-ın NATO-nun 5-ci maddəsinə sadiqliyi sarsılmazdır. Gələn ay Litvada keçiriləcək sammitimizdə biz bu impulsu gücləndirəcəyik və müttəfiqlərin müdafiəyə kifayət qədər, 2 faiz xərclədiyini təmin etmək üçün çalışacağıq. Təkcə artım olaraq deyil, bu, nəticə olaraq belə olmalıdır,” Bayden bildirib.

Bu ilin sonunda vəzifəsini tərk edəcək Stoltenberq bildirib ki, iyul sammitində NATO-nun Rusiyanın müdaxiləsini əngəlləyə bilən və bu yaxınlarda əks-hücum əməliyyatına başlayan Ukraynaya dəstəyini necə artıra biləcəyi məsələsi müzakirə olunacaq.

NATO-nun baş katibi Yens Stoltenberq: “Ukraynaya birlikdə verdiyimiz dəstək indi bizim danışdığımız zaman döyüş meydanında fərq yaradır, çünki hücum başlayıb və ukraynalılar irəliləyiş əldə edirlər. Bu, hələ ilk günlərdir, amma bildiyimiz odur ki, ukraynalılar nə qədər çox torpaq azad edə bilsələr, onlar danışıqlar masasında bir o qədər güclü mövqeyə malik olacaq”.

Ukrayna prezidenti Volodimir Zelenski: “Düşünürəm ki, bizim gələcəyimizin Aİ-də olması və Ukraynanın NATO-da olmağa hazır olması çox vacibdir”.

Lakin təhliliçilər Ukraynanın ən böyük istəyinin hələ mümkün olmadığını hesab edir.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Maykl Kimmeyc: “Bu, o demək deyil ki, iş bağlanıb. NATO-nun Ukraynaya güclü dəstəyi və ola bilsin ki, gələcəkdə Ukraynanın NATO-ya daxil olması üçün böyük bir istək var. Lakin bunun real perspektivə çevrilməsi üçün hələ sınaqdan keçirilməli bir çox məqamlar var”.

Stoltenberq həmçinin Vaşinqtonda bir sıra görüşlər keçirib. Senatda azlıqda olan respublikaçıların lideri Mitç Makkonnell bildirib ki, Stoltenberq ona NATO-ya daxil olmayan ölkələr olan Yaponiya və Cənubi Koreyanın nümayəndələrini Litvada sammitə dəvət etdiyini deyib.

Makkonnell həmçinin bildirib ki, Stoltenberq iyul ayında keçiriləcək sammitdə İsveçin alyansa rəsmən qoşulmasını gözləyir.

İsveçin alyansa üzvlüyü məsələsi NATO üzvü Türkiyənin Stokholmu Ankaranın ekstremist hesab etdiyi siyasi partiyanın ölkədəki şöbəsinə təzyiq göstərmək üçün kifayət qədər addım atmamaqda ittiham edərək, etiraz etməsi səbəbindən gecikir.

“Türkiyənin İsveçdən məsuliyyət tələb etmək şansı var, belə ki, İsveç NATO alyansına qoşulmağı çox istəyir. Düşünürəm ki, bu həm də Türkiyə tərəfindən hansısa güzəştlər əldə etmək, ABŞ-dan, bəlkə də digər NATO üzvlərindən nəsə almaq, razılaşmanı şirinləşdirmək və Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsinə nail olmaq üçün müəyyən dərəcədə bir oyundur. Beləliklə, Ankaranın yaxşı nyyətlə qaldırdığı bəzi ciddi məsələlər, amma bir az da oyun var,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Maykl Kimmeyc bildirib.

NATO müşahidəçiləri təşkilatda birliyin yeni liderdən asılı olacağını deyirlər. Bu məsələdə isə Vaşinqton və Stoltenberq səssiz qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG