Accessibility links

ABŞ Ukraynaya əlavə 325 milyon dollarlıq yardım edir


ABŞ-ın müdafiə rəsmisinin Amerikanın Səsinə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Ukraynya əlavə 325 milyon dollarlıq hərbi yardım edir.

Yardım paketinə hazırda Ukraynanın apardığı əks-hücumda zədələnən və məhv olan zirheli maşınları əvəz edə biləcək Stryker və Bradley zirehli maşınlarının daxil olacağı gözlənilir. Bu barədə yardım paketi açıqlanmadan öncə Amerikanın Səsinə anonimlik şərti ilə danışan iki müdafiə rəsmisi məlumat verib.

Rəsmilər deyib ki, ən son yardıma həmçinin Milli Qabaqcıl Yer-Hava Raket Sistemləri (NASAMS) üçün döyüş sursatları və Ukraynanın Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün daha çox raketlər daxildir.

Yardım elanı Ukraynanın son günlərdə ondan çox Bradley piyada döyüş maşınını itirdiyinə dair xəbərlərin verildiyi bir vaxta təsadüf edir ki, bu da hazırkı əks-hücumun hərbi baxımdan xərclərini vurğulayır.

“Bu, qabaqcıl sistemlər nə qədər yaxşı olsalar da, həssasdırlar və dəyişdirilməli olacaqlar və buna görə də bu təhlükəsizlik yardımının birdəfəlik olmadığını xatırladır. Bu, uzun müddət davam etməli olacaq” - deyə, Vaşinqtonda qərargahlanan Demokratiyaların Müdafiəsi Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bradli Bouman bildirib.

Müdafiə naziri Lloyd Austin bu həftə Ukraynaya dəstəyin əsas prioritet olacağı NATO müdafiə nazirlərinin görüşü üçün Brüsselə səfər edəcək.

Rəsmilərin bildirdiyinə görə, Austin Brüsselə səfəri zamanı Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasını aparacaq və orada Qərb müttəfiqlərinin Qərb müttəfiqlərinin Ukrayna ordusuna yeni əks-hücum əməliyyatı başladığı bir vaxtda onu necə daha yaxşı dəstəkləyə biləcəyini müzakirə edəcək.

Rəsmilər əlavə edib ki, müdafiə liderləri həmçinin Ukrayna pilotlarına F-16 döyüş təyyarələri ilə bağlı təlim keçmək planlarını müəyyən edəcəklər.

ABŞ Pentaqonun Kyivə dəstəyin məbləğinin həddən artıq göstərildiyi mühasibat xətası üzərində işləməyə davam etməsinə baxmayaraq, Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynaya 39 milyard dollar təhlükəsizlik yardımı vəd edib.

Rəsmilər Amerikanın Səsinə deyib ki, Müdafiə Nazirliyi yardım paketinin təxmini həcmini hesablayarkən Ukraynaya verilən silahların dəyişdirilməsi üçün xərcləri hesablayıb, halbuki artıq göndərilən sistemlərin ümumi dəyərini hesablamalı idi.

Rəsmilərin bildirdiyinə görə, bu xətanın Ukrayna üçün əlavə milyardlarla dollar dəyərində yardıma bərabər olacağı gözlənilir.

Pentaqon cümə günü Ukraynaya 2.1 dollar dəyərində uzun müddət üçün silah yardımı, o cümlədən daha çox Patriot raket batareyaları və kiçik, əllə buraxılan Puma dronları veriləcəyini elan edib.

Moskva bu ilin əvvəlində Ukraynada dalana dirənmiş yeni hücuma başlayıb. Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda Kyivin genişmiqyaslı əks-hücuma başladığını təsdiqləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG