Accessibility links

Rusiya gecə Ukrayna dronlarını məhv etdiyini bildirir


Rusiyanın Ukraynaya hərbi müdaxiləsində son baş verənlər:

  • Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat hesabatında bildirib ki, “mümkündür ki,” Rusiya hücum helikopterlərinin “yerdəki hədəflərə qarşı uzun mənzilli raketlər istifadə etməsi” sayəsində Ukraynanın cənubunda “müvəqqəti irəliləyiş əldə edib.” Hesabatda deyilir ki, Ukrayna ölkənin cənubunda əks-hücuma başlayandan bəri Berdyansk hava limanına 20 əlavə Rusiya helikopteri yerləşdirilib.
  • Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossinin gələn həftə Moskvaya səfər edəcəyi gözlənilib. Bu barədə İnterfaks xəbər agentliyi Rusiyanın dövlət atom enerjisi şirkəti Rosatomun başçısından sitat gətirərək məlumat verib. Ötən həftə Kaxovka bəndinin dağılmasından sonra Qrossi cümə axşamı Ukraynanın cənubunda Rusiyanın nəzarət etdiyi Zaporijye atom elektrik stansiyasını ziyarət edib.
  • Rusiyanın Xarici İşlər Nazirliyi cümə günü Avstraliya səfirini çağırdığını bildirib. Buna səbəb Kanberranın Rusiyanın yeni səfirlik binasının inşa edildiyi torpaq sahəsinin icarəsini ləğv etməsi olub. “Rusiya tərəfi maraqlarını qorumaq üçün mütün lazımi mexanizmlərdən, o cümlədən mümkün cavab tədbirlərindən istifadə etmək niyyətindədir.”

Rusiya şənbə günü cənubda sərdəd bölgəsi olan Bryanskda neft emalı zavodu üzərindən Ukrayna dronlarını dəf etdiyini bildirib.

Bryansk regionunun qubernatoru Aleksandr Boqomaz deyib ki, “Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə Ukrayna silahlı qüvvələrinin Novozıbkov rayonundan Drujba neft emalı zavoduna hücumlarını dəf edib.” O, üç dronun məhv edildiyini bildirib.

Afrika liderlərindən ibarət heyətin Ukrayna-Rusiya münaqişəsinə son qoymaq üçün mümkün razılıq əldə etmək məqsədilə şənbə Sankt Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Qrup cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Nümayəndə heyətinə Cənubi Afrika Prezienti Kiril Ramafosa, Seneqal Prezidenti Maki Sall, Zambiya Prezidenti Hakainde Hiçilema və hazırda Afrika İttifaqına başçılıq edən Komoros Prezidenti Azali Assumani daxildir.

Sülh missiyasında daha üç Afrika prezindentinin iştirakı gözlənilsə də, onlar Konqo, Misir və Uqanda nümayəndələrini göndərib.

Onların Zelenski isə görüşləri zamanı şəhərdə havadan müdafiə sistemlərini sirenaları çalıb.

PutinRuiyanın Belarusa taktini nüvə silahları göndərdiyini təsdiqləyib və Qərbə Rusiyanı strateji məğlubiyyətə uğrada bilməyəcəyini xatırladıb.

“İlk nüvə başlıqları Belarus ərazisinə gətirildi. Ancaq sadəcə ilk hissəsi. Amma biz bu işi ya yayın sonuna, ya da ilin sonunadək tamamilə bitirəcəyik,” o deyib.

Cümə günü Sankt Peterburqda iqtisadi forumda çıxış edən Putin Rusiyanın hələ ki, nüvə silahına əl atmasına ehtiyac görmədiyini vurğulayıb. Rusiya lideri bildirib ki, onun Belarusa döyüş meydanında istifadə oluna bilən qısa mənzilli nüvə silahları çatdırması Qərbə Ukraynanı silahlandırması və dəstəkləməsi ilə əlaqədar xəbərdarlıq xarakteri daşıyır.

Ağ Ev Putinin şərhlərini pisləyib və bildirib ki, Birləşmiş Ştatlar bu ritorikaya cavab olaraq nüvə mövqeyinə heç bir dəyişiklik etməyib.

Putin cümə günü xəbərdarlıq edib ki, NATO hərbi alyansının Rusiyanı Ukraynada aprdığı müharibədə daha çox cəlb olunacağına dair “ciddi təhlükə” var. O, bu şərhləri Rusiyanın Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar sessiyası zamanı edib. O orada Ukraynada müharibə səbəbilə tətbiq edilən ağır beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatını tərifləyib.Qərb jurnalistləri tədbirə buraxılmayıb.

Putin həmçinin iddia edib ki, Ukraynanın hərbi avadanlıqları tükənir və bu da onu tamamilə Qərbin təchiz etdiyi hərbi avadanlıqdan asılı edir. “onların döyüşdə istifadə etdikləri hər şey xaricdən gətirilir. Belə uzun müddət döyüşə bilməzsən,” o deyib.

Bundan əlavə o deyib ki, Ukrayna əks-hücümda irəliləyş əldə edə bilməyib və əlavə edib ki, Ukrayna ordusunun Rusiya ordusu qarşısında “şansı yoxdur.”

Müstəqil hərbi analitiklər deyir ki, Ukrayna 16 ay davam edən müharibədə Rusiyanın çox daha böyük ordusunu üstələyib və onu Kyiv, Xarkiv və Xerson şəhərləri ətrafından geri çəkilməyə məcbur edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG