Accessibility links

Bakı Enerji Həftəsi açılıb - Prezident Bayden ABŞ-ın Azərbaycanın yanında olacağını bildirib


Bakı Enerji həftəsi (Mənbə: Prezident Adminstrasiyası)
Bakı Enerji həftəsi (Mənbə: Prezident Adminstrasiyası)

Mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olub.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. ABŞ Prezidenti Cozef Baydenin, Böyük Britaniya Baş naziri Rişi Sunakın təbrik məktubları oxunub. Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero çıxış edib.

ABŞ Prezidenti Baydenin təbrik məktubunu ABŞ dövlət katibinin köməkçisi Jefri Payat mərasim iştirakçılarının diqqətinə çatdırıb.

“Otuz ildən artıqdır ki, Azərbaycan və Birləşmiş Ştatlar transmilli təhdidlərə qarşı mübarizədən tutmuş inklüziv iqtisadi artımın təşviqinə qədər möhkəm tərəfdaşlıq qurublar.

Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq.
Cozef Bayden, ABŞ Prezidenti

Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji gələcəyinə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərdə mərkəzi rol oynamışdır. Azərbaycan, Cənub Qaz Dəhlizi də daxil olmaqla, Orta Dəhlizin inkişaf etdirilməsindən tutmuş enerji dayanıqlığını gücləndirən enerji diversifikasiyasının artırılmasına qədər təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir. Azərbaycanın qlobal iqlim məqsədlərinə nail olmaq səyləri, o cümlədən bərpa olunan enerjinin inkişafını artırmaq və enerji səmərəliliyini gücləndirmək üçün təşəbbüslər irəli sürməsi məni ruhlandırır.

Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq. Bundan əlavə, biz gələcək nəsillər üçün Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təşviqinə kömək edəcək davamlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyik.

Qarşıdan gələn illərdə əməkdaşlığımızın davamlı olmasını səbirsizliklə gözləyirəm”, ABŞ Prezidentinin təbrikində deyilir.

Azərbaycan Prezidentyi İlham Əliyev ABŞ prezidenti Co Baydenə, Böyük Britaniyanın Baş naziri Rişi Sunaka və onların tədbirdə iştirak edən nümayəndələrinə xoş və ruhlandırıcı sözlərə görə təşəkkür edib.

Onun fikrincə, Bakı Enerji Həftəsi enerji sektorunda keçirilən aparıcı beynəlxalq tədbirlərdən biridir.

Otuz ilə yaxındır energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, indi isə yalnız energetika sahəsi ilə kifayətlənməyib, əməkdaşlığın şaxələndirildiyini qeyd edən Prezident Əliyev bildirib: “ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər”, Əliyev çıxışında qeyd edib.

XS
SM
MD
LG