Accessibility links

Son dörd ayda Azərbaycanın neft-qaz satışından gəlirləri iki dəfəyədək artıb


Beynəlxalq bazarlarda neft və qaz qiymətlərinin artması Azərbaycanın bu enerji daşıyıcılarından əldə etdiyi gəlirlərə ciddi təsir göstərib. 2022-ci ilin dörd ayı ərzində neft-qaz satışından gəlirlər 3,4 milyard dollardan çox olub.

Azərbaycan Dövlət Neft Fondunun məlumatına görə, bu il yanvarın 1-dən mayın 5-dək Azəri-Çıraq-Günəşli (AÇG) yatağından gəlir 2 898 milyon ABŞ dolları, Şahdəniz yatağından gəlir 405,475 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 96,995 milyon ABŞ dolları təşkil edib.

Ekspertlərin fikrincə, bu ötən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur.

XS
SM
MD
LG