Accessibility links

Blinken Böyük Britaniya səfəri zamanı diqqətini Ukraynaya yönəldib


ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı Londona səfər edərək, Ukraynaya Rusiyanın işğalının təsirlərindən xilas olmaq üçün beynəlxalq dəstəyin artırılmasına həsr olunmuş konfransdan əvvəl britaniyalı və ukraynalı həmkarları ilə görüşəcək.

Çərşənbə və cümə axşamı keçiriləcək konfransa Britaniya və Ukrayna birgə ev sahibliyi edir.
Ümumdünya Qaçqınlar Günü çərçivəsində Blinken və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Londonda müharibədən qaçan ukraynalılara Britaniyadakı həyata uyğunlaşmaq üçün lazım olan məsləhət və dəstəyi almaq üçün yaradılmış mərkəzə baş çəkib.
Kleverli ilə ikitərəfli danışıqlardan sonra Blinken çərşənbə axşamı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də danışıqlar aparmalıdır.
Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynanın Bərpası Konfransı ərəfəsində bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
"Bu, Ukraynaya güclü dövlət və özəl sektorun dəstəkləndiyini vurğulamaq, ölkənin transformasiyasını və davam edən islahatını nümayiş etdirmək üçün unikal fürsətdir" - deyə, Sunakın ofisinin bəyanatında deyilir.
İngiltərə ABŞ-dan sonra Rusiyanın 2022-ci ilin fevralında işğalından sonra Ukraynaya hərbi yardım göstərən ikinci ən böyük donordur.
Zelenski bildirib ki, konfrans müxtəlif bərpa səylərini birləşdirəcəyini və bərpanın "dünyaya azadlığın yenilməz olduğunu nümayiş etdirməlidir".
Zelenski bazar ertəsi gecə etdiyi çıxışında, həmçinin Ukraynanın yenidən qurulması üçün ödənişlərə yardım məqsədi ilə sanksiyalar altında dondurulmuş Rusiya vəsaitlərinin yönləndirilməsinə imkan verən yeni qanuna görə Britaniyaya təşəkkürünü bildirib.
XS
SM
MD
LG