Accessibility links

Müsəlman Birliyi Hərəkatı həbsdə olan fəalının işgəncəyə məruz qaldığını bildirir, Penitensiar Xidmət təkzib edir


Həbsxana maşını (Arxiv foto. Mənbə: VOA)
Həbsxana maşını (Arxiv foto. Mənbə: VOA)

Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalı Ceyhun Balaşovun 1 saylı Bakı İstintaq Təcridxanasında iyulun 11-də fiziki zorakılığa məruz qaldığı bildirilir. O Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Ceyhun Balaşovun oğlu Arif Balaşov Amerikanın Səsinə deyib ki, iyulun 15-də Penitensiar Xidmətin Müalicə Müəssiəsində atası ilə görüşüb.

“Atamı döyüblər. Onunla görüşdə qollarını gördüm. Bədəninin qalan hissələrini görə bilmədim. Atam çox halsız vəziyyətdə idi. Danışa bilməyəcək dərəcədə halsız vəziyyətdə idi, çox arıqlamışdı”, o qeyd edib.

Arif Balaşov mediada atasının qolunun sındırlması ilə bağlı yayılan məlimatların doğru olmadığını bildirib.

“Qolunda sınıq yoxdur, amma çoxlu sıyrıqlar var”.

O atasının fiziki zorakılığa məruz qalmasının səbəbinin bilinmədiyini deyib.

“Bu günlərdə vəkil onunla görüşəcək. Onda döyülməsinin səbəbini vəkilinə deyəcək,” o qeyd edib.

please wait

No media source currently available

0:00 0:01:03 0:00

Müsəlman Birliyi Hərəkatından Amerikanın Səsinə deyiblər ki, Ceyhun Balaşovu 1 saylı Bakı İstintaq Təcridxanasında “amanslızcasına döyüblər”.

“Onun döyülməsinin səbəbi məhkəmədə ittihamı qəbul etməməsi olub. O iyulun 11-də məhkəmədə bildirib ki, narkotiki onun cibinə qoyublar və ölkədə narkotiki satanlar bəllidir. Onu buna görə döyüb, işgəncə veriblər. Vəziyyəti o qədər ağır olub ki, iyulun 14-də məcbur olub Müalicə Müəssisəsinə köçrüblər. O qida qəbul edə bilmir, danışmaq iqtidarında deyil”, Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər.

Bununla yanaşı, Penitensiar Xidmətin Mətbuat Xidməti Amerikanın Səsinin sorğusunun cabaında “son günlər sosial şəbəkə istifadəçiləri arasında dindar Ceyhun Balaşovla bağlı yayımlanan məlumatların həqiqiliyini təsdiq etməyib.

Mətbuat xidməti bildirib ki, iyulun 14-də Balaşov psixi durumu ilə bağlı təcridxanadan Müalicə müəssisəsinə köçürülüb.

“Müayinələr zamanı səhhətində ciddi patologiya və zorakılıq əlamətləri aşkar olunmamışdır. Sosial şəbəkələrdə Balaşovun təcridxanada qolunun sınması və işgəncələrlə üzləşməsi barədə məlumatların yayılması və bundan ailə üzvlərinin narahatlıq keçirmələri nəzərə alınaraq iyulun 15-də onun oğlu və dayısı ilə görüş təqdim olunmuşdur. Görüş zamanı həbsdə saxlanılan şəxsin səhhəti, aparılmış müayinələr və nəticələri, habelə görülən tibbi tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir. Tam əmin olmaları üçün qohumlarının iştirakı ilə Ceyhun Balaşovun bədən səthinə baxış keçirilmiş, nəticədə bədən xəsarətləri, pis rəftar və zorakılıq əlamətləri aşkar olunmamış, qohumlarının iştirakı və imzası ilə müvafiq akt tərtib olunmuşdur”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, hazırda Balaşovun müalicəsi davam etdirilir, səhhəti həkim nəzarətindədir.

Ceyhun Balaşov Beyləqan rayonunun Əlinəzərli kəndində yaşayır. O Beyləqan rayonunda bazarda quru meyvə satışı ilə məğul olub. Bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Balaşov Cinayət Məcəlləsinin 234.4.3 maadəsi (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma - külli miqdarda törədildikdə) ilə ittiham olunur. İttiham sübut olunarsa onu əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İyulun 11-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ceyhun Balaşavun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Balaşov məhkəmədə ittihamı qəbul etmədiyini, narkotiki cibinə qotduqlarını bildirib.

XS
SM
MD
LG