Accessibility links

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü saxlanılıb


Müsəlman Birliyi Hərəkatı
Müsəlman Birliyi Hərəkatı

Aprelin 10-da Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Seyidov yolda saxlanılıb. Seyidov ailəsi ilə gedərkən onu şəxsi avtomobilindən düşürdüblər. Bu barədə sosial şəbəkələrdə video-görüntü yayılıb. Fəalın həyat yoldaşı onun saxlanılmasının video-görüntüsünü çəkib.

Mülki geyimli şəxslər Seyidovu naməlum istiqamətə aparıblar, lakin onun hara aparıldığı məlum deyil.

Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.

Müsəlman Birliyi Hərəkatının məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib.

Aprelin 7-də Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə son zamanlar inanclı şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb.

Bağırzadə bildirib ki, Azərbaycanda "anti-islam, xüsusi olaraq anti-şiə meyillər uzun illərdir hakimiyyətin gündəmindədir".

"Bunun üçün ölkənin inanclılarına qarşı repressiv davranışlar zamanla bu və ya başqa formada təzahür etməkdədir", açıqlamada bildirilir.

Son vaxtlar ölkədə 400-ə yaxın dini inanclı şəxsin həbs olunduğu bildirilir. Bu barədə ictimai fəallar, hüquq müdafiəçiləri məlumat yayıb. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların yaxınları və vəkilləri bu ittihamların saxta olduğunu bildirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev inanclı şəxslərin həbsindən xəbərsiz olduğunu bildirib.

XS
SM
MD
LG