Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə komanda-qərargah təliminin planlama konfransı keçirilib


Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda "Eternity-2023" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

Ötən ilin noyabrın əvvəlində Azərbaycan, Türkiyə, Gürcüstan hərbçilərinin iştirakı ilə strateji boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı komanda qərargah təlimi keçirilib. Azərbaycan MN-nin məlumatına görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli təlimləri hər üç ölkədə növbə ilə, rotasiya prinsipi əsasında hər il keçirilir.

XS
SM
MD
LG