Accessibility links

Somalidə militantların otelə hücumu nəticəsində 9 nəfər ölüb


Somali hökuməti bildirir ki, cümə günü Əl-Şəbəb militantlarının Moqadişuda bir otelə hücumu artıq başa çatıb.

Dövlət mediası bildirir ki, təhlükəsizlik qüvvələri cümə günü axşam saatlarında Pearl Beach otelinə hücum evən militantları neytrallaşdırıb və çox sayda mülki vətəndaşı xilas edib.

Somali polisinin məlumatına görə, hücum zamanı 9 nəfər öldürülüb, 10 nəfər yaralanıb.

Somali Polis Komandanlığı bəyanatında bildirib ki, öldürülənlərdən altısı mülki vətəndaş, üçün təhlükəsizlik qüvvələrinin işçiləri olub.

Polis həmçinin bildirib ki, hücumun baş verdiyi yerdən 84 nəfər, o cümlədən uşaqlar, qadınlar və yaşlılar xilas edilib.

Somali təhlükəsizlik qüvvələri sahildə yerləşən otelə hücum edən Əl-Şəbab militantlarını neytrallaşdırmaq səylərini davam etdirib.

Şahidlər Amerikanın Səsininin Somali xidmətinə bildirib ki, hücum Pearl Beach otelində iki partlayışla başlayıb, daha sonra silahlılar otelə reyd edib.

Şahidlər deyib ki, içəridə atəş səsləri eşidilib, bəzi insanlar arxa qapı və pəncərələrdən qaça bilib.

“Xüsusi elit qüvvələr otelinyuxarı mərtəbələrindəki girişə çıxış əldə edə bilib,” bir şahid deyib.

Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab qrupu hücumun məsuliyyətini üzərinə götürüb.

“Mücahidlər Pearl Beach ptelə daxil ola bilib və hələ də tam nəzarət onlardadır,” qryup bəyanatında bildirib.

Hücuma məruz qalan otel siyasətçilər və paytaxt şəhəri ziyarət edən Somali diasporası arasında populyar bir məkan olan Lido Beach yaxınlığında yerləşir.

İnsident hökumətin aprelin ortalarında şəhər və ətrafına yeni təlim keçmiş hərbi polisi yerləəşdirməsindən sonra Moqadişuda nisbətən sakit keçən bir dövrə təsadüf edib. Ancaq qrupun törətdiyi zorakılıqlar ölkənin başqa hissələrində fəlakətlərə səbəb olub.

Cümə günü Qoriooli və Cannaale rayonları arasında yerləşən Muraale kəndində nəhəng bir partlayış nəticəsində uşaqlar daxil olmaqla ən azı 27 nəfər ölüb.

Somali cümə günü ölkədəki təhlükəsizlik öhdəliklərini sülhməramlı missiyasından götürməyə hazır olduğunu açıqlayıb. Belə ki, 2000 Avropa İttifaqı hərbçisinin BMT Təhlükəsizlik Şurasının 2628 və 2670 saylı qətnamələrinə uyğun olaraq, iyunun sonuna qədər Somalini tərk edəcəyi gözlənilir.

Somali Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, nazirlik hazırda Afrika İttifaqı qoşunlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə bağlı öhdəlikləri üzərinə götürmək üçün kifayət qədər təhlükəsizlik qüvvəsi cəlb edib.

Afrika İttifaqının missiyasının 2024-cü iln debarın 31-dək Somalini tamamilə tərk edəcəyi gözlənilir.

XS
SM
MD
LG