Accessibility links

"Qator Tapşırıq Qrupu"nun Ukrayna orsusuna təlimləri


"Qator Tapşırıq Qrupu"nun Ukrayna orsusuna təlimləri
please wait

No media source currently available

0:00 0:03:53 0:00

"Qator Tapşırıq Qrupu"nun Ukrayna orsusuna təlimləri

ABŞ ordusu hələ müharibədən əvvəl də ukraynalılara təlim keçib. Lakin Pentaqon medianın təlimlərə girişini ciddi şəkildə məhdudlaşdırıb. Amerikanın Səsinin Pentaqon müxbiri Karla Babb təlim missiyasının indiyə qədər ictimaiyyətə nümayiş etdirilməyən eksklüziv görüntülərini təqdim edir.

Bu, Rusiyanın qəddar hərbi müdaxiləsindən sonra ABŞ hərbi qüvvələrinin ukraynalılara təlim keçməsi ilə bağlı yayılan ilk görüntülərdir.

ABŞ qüvvələri keçən ilin aprelindən bu yana 10 mindən çox Ukrayna əsgərinə təlim keçib və bunlar bu təlimi həyata keçirən "Qator Tapşırıq Qrupu"nun əsgərlərindən üçüdür. Polkovnik Cerri "Bleyk" Qlass: "Bu mənim üçün çox çətin idi, çünki mən deyirəm yaxşı, sənin bir missiyan var, amma bunu necə həyata keçirəcəyimizə əmin deyiləm."

Mayor Rayan Hagemayer: "Ukrayna sərhədini keçərkən sərhəddə gözləyən, onları qəbul etmək, Almaniyaya qədər onlarla birlikdə getmək, yemək yeyib yatmaq, onlarla birlikdə təlim zonasına çıxmaq üçün orada bir “Qator Tapşırıq Qrupu”nun əsgəri var idi. O, geri qayıtdı, onları sərhədə qədər geri gətirdi və onlarla sağollaşdı."

Almaniya təlimləri ABŞ-ın Milli Qvardiya qüvvələrinin 2015-ci ildən bəri Ukrayna əsgərlərinə təlim keçdiyi Ukraynanın qərbindəki ucqar bazada başlayıb. Lakin keçən il fevralın 12-də Rusiya qüvvələri sərhəddə toplaşarkən ABŞ qoşunları sərt bir əmr aldı: Ukraynadan təxliyə olun.

Mayor Rayan Hagemayer: "Sözün açığı, onları tərk etmək istəmirdik. Çətin idi. Bütün missiyamızın onları dəstəkləmək ətrafında olduğunu bilirdik."

(Polkovnik Cerri “Bleyk” Qlass: "Ən çətin günlərdən biri idi. Kədərli və məyusedici idi."

40 saatdan az müddətdə "Qator Tapşırıq Qrupu" yox oldu. On gün sonra Rusiya Ukraynaya hərbi müdaxilə etdi. Mayor Maykl Leki: "Özümüzü yaxşı hiss etmirdik. Biz heç nə edə bilmirdik. Amma yardım edə bilərdik".

Lakin hərbi müdaxilədən iki ay keçməmiş, ABŞ Ukraynaya daha çox silah göndərdiyi üçün Qlass və komandası yeni əmr aldı. Polkovnik Cerri “Bleyk” Qlass: "Biz ukraynalılara necə təlim keçəcəyimizi anlamalıyıq və bu, bu həftə baş verməlidir. Bizə növbəti 10 gündə 777-dən atəş açan ukraynalılar lazımdır".

M777 haubitsaları Amerikanın Səsinin Almaniyada keçən yaz təlimindən əldə etdiyi bu videodakı kimidir. Ukrayna əsgərləri təlim keçmək üçün döyüş meydanından gəlib.

Hagemeyer deyir ki, o, bu anı heç vaxt unutmayacaq. "Biz onları sərhəddə gördük - döyüşdən yorulmuş, tanış simalar. Onlara hər şey, bəlkə ehtiyat formaları, bəlkə bir az tualet əşyaları olan çantalar təqdim edilirdi. Lakin bu oğlanları qucaqlaya bilmək emosional bir an idi".

Almaniyadakı təlimlər HIMARS kimi tanınan mobil raket buraxılış qurğuları və onlarla başqa silahlarla daha da genişləndi. Təlimlər ukraynalıların silahları işlək vəziyyətdə saxlaya bilmələri üçün təmirlərlə başladı. Polkovnik Cerri “Bleyk” Qlass: "Bu gün nə edirəmsə, sabah döyüş meydanında dəyişiklikləri görürəm.
Və sonra Avropa və bəlkə də dünyanın qalan hissəsində bu nəticələr 5, 10, 20, 40 il sonra davam edə bilər."

Mayor Maykl Leki: "Fərəh hissi duyursunuz, çünki bilirsiniz ki, onlara tam olaraq ehtiyac duyduqlarını verirsiniz. Fikrimcə, tarixin bir parçası olduğum üçün çox şanslıyam. Biz vəziyyəti dəyişdik".

XS
SM
MD
LG