Accessibility links

Rəsmilər ötən gecə ərzində Kyivin intensiv dron hücumuna məruz qaldığını bildirir


Rəsmilər bildirir ki, mayın 16-sı Rusiya Ukraynanın paytaxtı Kyivə olduqca instensiv dron hücumları edib. Zərbələrin əksəriyyəti Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib.

Rusiyanın hava hücumlarını artırması Ukrayna prezidenti Volodimir Zelenskinin Roma, Berlin, Paris və Londondakı müttəfiqlərindən daha çox hərbi dəstək vədləri ilə nəticələnən Avropa turunu başa vurması ilə çoxdan gözlənilən Ukrayna əks-hücumu ilə bağlı gözləntilər fonunda baş verir.

Kyivin hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, bu ayın əvvəlindən sayca səkkkizinci olan hücum intensivliyinə görə müstəsna olub və "ən qısa müddət ərzində maksimum sayda dronları əhatə edib".

O həmçinin əlavə edib ki, hücum uğursuz olub, pilotsuz təyyarələrin əksəriyyəti hava hücumundan müdafiə vasitələri tərəfindən "müəyyən edilərək məhv edildib".

Paytaxt meri Vitali Kliçko Telegram-da yazıb ki, hücum zamanı 3 nəfər yaralanıb.

Bundan əlavə Rusiya son bir gecədə Ukraynadakı müxtəlif hədəflərə ən azı 18 raket atıb. Lakin onların hamısı Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bu barədə mayın 16-da Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Hücumun şimal, cənub və şərq tərəfdən üç istiqamətdə edildiyi və yerli vaxtla səhərə yaxın, saat 3:30-da başladığı bildirilib.

Ukrayna ordusunun Baş Qərargahı mayın 16-da gündəlik hesabatında bildirib ki, Donetskdə cəbhə xəttində son 24 saat ərzində 48 hava hücumu qeydə alınıb.

Hərbçilər ən şiddətli döyüşlərin Donetskdə Baxmut, Avdiyivka və Maryinkada getdiyini, son 48 saat ərzində 49 döyüş əməliyyatının həyata keçirildiyini bildiriblər.

Vilayət qubernatoru Pavlo Kirilenkonun bildirdiyinə görə, mayın 15-də Rusiyanın Avdiyivka xəstəxanasına atdığı raket nəticəsində 4 mülki şəxs həlak olub.

Ukrayan Prezidenti Volodimir Zelenski mayın 15-də Kyivə qayıdarkən qatarda lentə alınan videoda bildirib ki, "daha çox döyüş sursatı, cəbhə üçün daha güclü silahlar, xalqımız üçün daha çox müdafiə, daha çox siyasi dəstək" daxil olmaqla, yeni müdafiə paketləri ilə geri qayıdır.

Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak mayın 15-də Londonda ukraynalı pilotlara müasir döyüş təyyarələrində təlim keçəcək döyüş təyyarəsi əməkdaşlığını müzakirə ediblər. Onun sözlərinə görə, bu, Ukraynanın hazırda səmaya nəzarət edə bilmədiyi üçün çox mühümdür.

Ukrayna əvvəllər döyüş təyyarəsi koalisiyası ideyasını gündəmə gətirib və ABŞ-a bu təşəbbüsə qoşulmaq üçün təzyiq göstərib.

Zelenski Avropa lideri ilə görüşlərdən sonra koalisiyanın yaradılması şansının daha yüksək olduğunu bildirib. Gecə yayımladığı video-müraciətində Zelenski deyib ki, Britaniya və Polşa koalisiyaya qoşulmağa razı olublar.

XS
SM
MD
LG