Accessibility links

Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirə lövhəsi açılıb


Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirə lövhəsi açılıb (Mənbə: Ukrayna səfirliyi)
Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirə lövhəsi açılıb (Mənbə: Ukrayna səfirliyi)

Mayın 13-də Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Xatirə Lövhəsi açılıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün “Facebook” hesabında yazıb.

Açılış mərasimində həlak olanların ailələri, Ukrayna səfirliyinin, Ukrayna diasporunun, Ukraynanın digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak edib.

Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirə lövhəsi açılıb (Mənbə: Ukrayna səfirliyi)
Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirə lövhəsi açılıb (Mənbə: Ukrayna səfirliyi)

Məlumatda deyilir ki, bununla Ukraynanın Azərbaycandakı Səfirliyi hər il Analar Günü ərəfəsində Ukraynanın həlak olmuş müdafiəçilərinin ailələri ilə görüşlərin keçirilməsi ənənəsinə başlayır.

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar. Bu gün bizə torpaqlarımızın rus işğalçılarından azad edilməsi uğrunda həlak olan 26 Azərbaycan igidinin adı məlumdur”, səfir Vladislav Kanevski qeyd edib.

Məlumatda bildirilir ki, Ukrayna səfirliyi Ukrayna Ticarət Evi ilə birlikdə “Bizim müdafiəçilər” layihəsinin həyata keçirilməsi çərçivəsində Ukraynanın suverenliyini və ərazisini müdafiə edərək həlak olmuş Azərbaycanlı qəhrəmanların hekayələri əsasında çəkiləcək sənədli film üçün materialların toplanması üzrə hazırlıqlara başlayıb.

Səfirlik filmin çəkilişinə kömək üçün bir sıra təşkilatlatlara müraciət edib. Həmçinin həlak olanların ailələrinə kömək edənlərə təşəkkür bildirib.

XS
SM
MD
LG