Accessibility links

Ukraynada Azərbaycan əsilli hərbçi həlak olub


Kərim Qulamov
Kərim Qulamov

Ukraynada gedən müharibədə Azərbaycan əsilli əsgər həlak olub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz Facebook səhifəsində yazıb.

Səfir qeyd edib ki, Kərim Qulamov Ukraynanın M2 telekanalında aparıcı kimi tanınırdı.

"Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu vətənini müdafiə etmək üçün ayağa qalxmışdı", səfir qeyd edib.

Azərbaycanda Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan əslilli insanların rəsmi statistikası aparılmır. Azərbaycan diasporundakı qeyri-rəsmi mənbələrin məlumatına görə, Ukraynanın müstəqilliyi uğrunda döyüşlərdə 20-yə yaxın etnik azərbaycanlı həlak olub.

XS
SM
MD
LG