Accessibility links

Ağası Hun: Ukrayna əhalisində böyük döyüş əzmi var


Azərbaycanlı jurnalist Ağası Hun hazırda Moldova Respublikasının Qaqauziya Muxtar Bölgəsinin Komrat şəhərində yaşayır. O, Moldovada "Bucaq" Ukraynaya Humanitar Yardım Fondu təsis edib və fondun rəhbəridir. Ağası Hunun Ukrayna vətəndaşı olan qardaşı oğlu Fuad Məmmədov bu günlərdə Ukraynanın Donetsk bölgəsində həlak olub. O, Ukrayna Ordusunda könüllü kimi döyüşüb. Ağası Hun Amerikanın Səsinə müsahibəsində Moldovada olan ukraynalı qaçqınların sosial durumundan və qardaşı oğlu Fuad Məmmədovun həlak olmasının səbəbindən danışıb.

please wait

No media source currently available

0:00 0:03:35 0:00

Amerikanın Səsi: Sizin qardaşınızın oğlu Fuad Məmmədov Donetsk vilayətində həlak olub. O, Ukrayna Ordusunda xidmət edirdi?

Ağası Hun: Bəli, Fuad Ukrayna Silahlı Qüvvələrində xidmət edirdi. O, könüllü idi. Ukraynanın vətəndaşı idi.

Amerikanın Səsi: Fuad hansı şəritdə həlak olub?

Snayperlər hər üçünü eyni vaxtda vurub. Fuad və hərbçi dostu həlak olub.

Ağası Hun: Fuad ayağından yaralanıb, hospitalda müalicə olunurdu. Hospitalın binasının qarşısında bir hərbçi dostu və bir qadın ilə söhbət edən zaman snayperlər hər üçünü eyni vaxtda vurub. Fuad və hərbçi dostu həlak olub, qadın isə hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fuad idmançı idi. Onun kiçik qardaşı da Ukrayna Ordusunun zabitidir və döyüşlərdə iştirak edir.

Amerikanın Səsi: Ağası bəy, siz Moldovada Komrat şəhərində yaşayırsınız. Moldovada yardım fondu yaradıbsınız. Nə qədər yardım edə bilibsiniz?

Mayın 4-də oraya yardım aparacağıq. Yardımımıza ərzaq, qarabaşaq, şəkər, yağ, yəni çoxsaylı ərzaq məhsulları daxildir.

Ağası Hun: Ukrayna ilə Rumıniya arasında kiçik bir Moldova var. Bu ölkənin həm Ukrayna, həm də Rumıniya ilə uzun sərhəd xətti var. Ukraynadan gələn qaçqınların böyük bir qismi Moldovadan keçərək Avropaya gedir. Qaçqınların bir çoxunun Moldovada qohumları var. Onların bir qismi qohumlarının yanında qalır. Burada bir neçə yerdə köhnə yataqxanalar və sair binalar var. Bu binalarda artıq Ukrayna qaçqınlarının məskunlaşması, uzun müddət yaşaması üçün şərait yaradılıb. Biz qaçqınlara geyim, ərzaq, tibbi ləvazimat yardımı göstəririk. Bundan başqa Ukrayna sərhədinə yaxın Bolqrad adlı ərazidə qaqauzlar, bolqarlar, ukraynlar yaşayır. Biz mayın 4-də oraya yardım aparacağıq. Yardımımıza ərzaq, qarabaşaq, şəkər, yağ, yəni çoxsaylı ərzaq məhsulları daxildir.

Assistance is provided to Ukrainian refugees
Assistance is provided to Ukrainian refugees
Ukrayna rəhbərliyi, onların övladları müharibədən qaçmır, haradasa gizlənmir. Ukrayna rəhbərlərinin övladları ön cəbhədə döyüşür.

Amerikanın Səsi: Moldovada Ukrayna qaçqınlarının sosial durumu necədir? Siz yaşayan bölgədə təxminən nə qədər qaçqın var?

Ağası Hun: Hazırda Moldovada yüz mindən çox məskunlaşan qaçqın var. Bunların isə 30 minə yaxını Qaqauziyadadır. Amma onların sayını da dəqiq demək mümkün deyil. Çünki qaçqınlar gəlir yardımlar göstərilir. Onların bəzisi bir gün, bəzisi bir həftə, bəzisi bir ay, bəzisi isə uzun müddət qalır. Elə ailələr var ki, Ukrayna azad edilənədək Moldovada qalmaq istəyir. Ona görə dəqiq say demək mümkün deyil. Qaçqınların sayı hər gün dəyişir. Məsələn, Ukraynada vəziyyət daha da gərginləşən kimi qaçqınların sayı artır. Orada sakitlik yaranan kimi bir çox insanlar yenidən Ukraynaya dönür.

Amma Bolqradda 50 minə kimi qaçqın var, proqnozlara görə 200 minədək artım gözlənilir. Ukrayna əhalisində böyük döyüş əzmi var. Heç bir ukraynalı məğlubiyyətlə barışmır. Çünki Ukrayna rəhbərliyi, onların övladları müharibədən qaçmır, haradasa gizlənmir. Ukrayna rəhbərlərinin övladları ön cəbhədə döyüşür. Bu çox önəmlidir. Ona görə də xalqın əhval-ruhiyyəsi yüksəkdir.

XS
SM
MD
LG