Accessibility links

Ukrayna döyüşlərində azərbaycanlı zabit həlak olub


Ukraynada döyüşlərdə həlak olan azərbaycanlı zabit Nahid İbişov (Foto Facebookdan götürülüb)
Ukraynada döyüşlərdə həlak olan azərbaycanlı zabit Nahid İbişov (Foto Facebookdan götürülüb)

Oktyabrən 3-də Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı hərbçi həlak olub.

Dnepr Azərbaycan Liqasının sədr müavini Pərviz Əliyev Amerikanın Səsinə bildirib ki, Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Nahid İbişov Xerson vilayətinin Nikolayev şəhəri yaxınlığındakı kənddə döyüşlər zamanı həlak olub.

"Nahidlə bərabər olan 7 nəfər Ukrayna hərbçisi də həlak olub. Nahid İbişov ali təhsilli zabit idi. O, evin tək övladıdır və müharibəyə könüllü olaraq getmişdi. Zabit İbişovun nəşi oktyabrın 6-da Dnepr şəhərində Şəhidlər xiyabanında dəfn olunacaq" , o qeyd edib.

Azərbaycanda Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan əslilli insanların rəsmi statistikası aparılmır. Ukraynada Azərbaycan diasporundakı qeyri-rəsmi mənbələrin məlumatına görə, Ukraynanın müstəqilliyi uğrunda döyüşlərdə yüzlərlə azərbaycanlı iştirak edir, otuzadək etnik azərbaycanlı həlak olub.

XS
SM
MD
LG