Accessibility links

Aqşin Kərimov: Azərbaycanla İran arasındakı gərginliklərin müharibə həddinə çatmasını güman etmirəm


Aqşin Kərimov -siyasi şərhçi
Aqşin Kərimov -siyasi şərhçi

Siyasi şərhçi Aqşin Kərimov Amerikanın Səsinə müsahibəsində son zamanlar Azərbaycan və İran arasında olan gərginliyin səbəbləri və bu gərginliyin regiona təsirlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan və İran arasındakı son gərginliyin əsas mənbəyi nədir?

Aqşin Kərimov: Bu gərginliyin səbəblərini biz Cənubi Qafqazda yaranan yeni reallıqlarda axtarmalıyıq. Çünki Cənubi Qafqazda yeni reallıqlar konteksti İranın qırmızı çizgilərini canlandırdı. İran bu vaxta qədər Azərbaycanla bağlı siyasətdə öz fəaliyyətinə örtük çəkə bilirdisə, bundan sonrakı addımlarda o örtüyü qaldırmalı oldu və qısqanclığını aşkar şəkildə nümayiş etdirdi. Bu nümayişkaranə şəkildə təhdidlər Azərbaycan və İran arasındakı münasibətləri gərginləşdirdi. Bu gərginliyin pik nöqtəsi 2021-ci ildə hərbi təlimlərlə daha da irəliyə getdi. 2022-ci ildə də eyni hərbi təlimlər davam etdirildi. Azərbaycan da ona cavab tədbiri olaraq hərbi təlimlər keçirdi. Düşünürəm ki, Azərbaycan İran gərginliyinin əsasında İranın regionla bağlı ambissiyalarının önünə Azərbaycanın xətt çəkməsi dayanır. Çünki eyni zamanda Azərbaycan həm də İranın ideoloji şəbəkəsini zərərsizləşdirmək üçün cəsarətli addımlar atır. Hesab edirəm ki, son məqsəd Azərbaycanla daim gərgin ocaqların saxlanılması və bu gərginliyin üzərində regionda iddialı gündəlik formalaşdırmaq məqsədləri dayanır.

Aqşin Kərimov: ABŞ və İsrail Azərbaycanı müdafiə etmək üçün əllərindən gələni edir
please wait

No media source currently available

0:00 0:04:53 0:00

Amerikanın Səsi: Sizcə bu gərginlik regionda hansı təhlükələr yarada bilər?

Aqşin Kərimov: İranın ümumiyyətlə xarici siyasətində son zamanlar bir neçə istiqamət üzrə xeyli aktivlik müşahidə olunur. Bunlardan biri də xarici ölkələrdə bir neçə ictimai-siyasi xadimlərin qətlə yetirilməsi və eyni zamanda İran Yaxın Şərqdəki proksi qüvvələrini canlandıraraq, onları bəsləndirərək regiona daxil etmək istəyir. Mən hesab etmirəm ki, Azərbaycanla İran arasındakı gərgin münasibətlər müharibə həddinə çatar. Hərçənd ki, müharibə ritorikası İran tərəfindən səsləndirilir. Bir növ Azərbaycanı geri oturtmaq və Azərbaycanı öz məqsədlərindən çəkindirmək məramına xidmət edir. Ancaq Azərbaycan da soyuqqanlı addımlarla bunun cavablarını verir.

Amerikanın Səsi: Sizcə Azərbaycan İran tərəfindən hərbi təhdidlərlə üzləşərsə İsrail və Qərb tərəfindən müdafiə oluna bilərmi?

Aqşin Kərimov: Mən hərbi ritorikanın müharibə həddinə çatmayacağını deyəndə onu nəzərdə tutmuram ki, Azərbaycan belə bir ssenariyə qarşı hazırlıq görmür. Azərbaycan belə bir ssenariyə qarşı öz hazırlıqlarını görür və əsasən də ABŞ və onun Yaxın Şərqdəki müttəfiqi, eyni zamanda strateji tərəfdaşı İsrail ilə əlaqələrini koordinasiya edir. Bu koordinasiyada Türkiyə ilə də strateji müttəfiqlik müəyyən həlledici paya sahibdir. Mən deyərdim Azərbaycan Türkiyə, İsrail, ABŞ dördbucağında bir planlar düşünülür. Hesab edirəm ki, Azərbaycandan son zamanlar ABŞ-a olan səfərlər, eyni zamanda dövlət katibi Antoni Blinkenin çıxışı Azərbaycanı mühafizə etmək planlarından xəbər edir. Ancaq Azərbaycan İsrail ilə münasibərlərdə daha çox irəliyə aparıla biləcək məqamlara xüsusi diqqət yetirir. Çünki Azərbaycanla İsrailin hərbi-texniki əməkdaşlığı mövcuddur. Azərbaycan İsraildən xeyli ən müasir silah və sursatlar alır. Hesab edirəm ki, ABŞ və İsrail Azərbaycanı müdafiə etmək üçün əllərindən gələni edirlər.

XS
SM
MD
LG