Accessibility links

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub


Ceyhun Bayramov and Mövlud Çavuşoğlu
Ceyhun Bayramov and Mövlud Çavuşoğlu

Mayın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-nin məlumatına görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

XS
SM
MD
LG