Accessibility links

ABŞ səfirliyi "Qadının Səlahiyyətləndirməsi Mərkəzləri" layihəsini təqdim edib


ABŞ səfirliyi "Qadının Səlahiyyətləndirməsi Mərkəzləri" layihəsi (Foto ABŞ səfirliyinindir)
ABŞ səfirliyi "Qadının Səlahiyyətləndirməsi Mərkəzləri" layihəsi (Foto ABŞ səfirliyinindir)

ABŞ səfirliyi Amerika Guşələrində Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üçün "Qadının Səlahiyyətləndirməsi Mərkəzləri" layihəsini təqdim edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, layihə Bakı, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Salyan və Kürdəmirdə olan qadınlara sahibkarlıq təlimləri vasitəsilə biznes bacarıqlarını və karyeralarını yüksəltməyə kömək edəcək.

Səfirlik bildirir ki, layihənin əsas məqsədi qadınları iqtisadi səlahiyyətlərə, iqtisadi və sosial liderliyə və davamlı icmada iştiraka həvəsləndirməkdir.

"CIPE Azərbaycan üçün Qadınların Gücləndirilməsi Mərkəzi"nin məlumatına görə, qadınların sahibkarlığı və işçi qüvvəsində fəal iştirakı inklüziv iqtisadi inkişafın əsas amilləri və cəmiyyətin sağlamlığının və zənginliyinin əsas amilləridir.

"Bununla belə, Azərbaycanda qadınlar fərdi sahibkarların yalnız 21 faizini təşkil edir və iş yerlərində qadınlar əsasən daha az maaş alan sektorlarda cəmləşərək kişilərin gördüklərinin yalnız yarısını alır. Gender sosial normaları nəticəsində Azərbaycan qadınları ev işləri və uşaq baxımı vəzifələrinin böyük hissəsini yerinə yetirir və iş yerlərində rəhbər vəzifələrdə kifayət qədər təmsil olunmurlar. COVID iqtisadiyyatında imkanlar daha da məhdudlaşıb" , məlumatda qeyd edilir.

XS
SM
MD
LG