ABŞ-ın Dəniz Piyadaları Korpusnuin Azərbaycandakı səfirliyinin Mühafizəsi Dəstəsi uzun illərin ənənəsinə sadiq qalaraq yeni il bayramı qabağı “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin himayəsində olan uşaqlara oyuncaqlar bağışlayıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, 75 ildir ki, ABŞ Dəniz Piyadaları Korpusu “Toys for Tots” proqramı vasitəsilə bayram mövsümündə ehtiyacı olan uşaqlara oyuncaqlar bağışlayır. Bu günə qədər onlar dünya üzrə 627 milyon oyuncaq bağışlayıb.