Accessibility links

AXCP fəalı həbs edilib


Zaur Usubov (Foto Zaur Usubovun Facebook səhifəsindəndir)
Zaur Usubov (Foto Zaur Usubovun Facebook səhifəsindəndir)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İsmayıllı rayon şöbəsinin fəalı Zaur Usubov İsmayıllı rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edilib.

Bu barədə AXCP məlumat yayıb.

AXCP ittihamı saxta hesab edir və fəalın həbsinin sosial şəbəkələrdəki kəskin tənqidi statusları ilə bağlı olduğunu bildirir.

Zaur Usubov bu il həbs edilən 6-cı AXCP fəalıdır. AXCP fəallarının 5-i inzibati həbsə məhkum edilib, bir fəal, AXCP Salyan rayon təşkilatının sədri Zamin Salayev isə cinayət məsuliyyətinə cəlb edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG