Accessibility links

Fəallar "Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya keçirərək məhkəməyə etiraz edib, saxlananlar var


"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya
"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi qərarını qüvvədə saxlayıb.

Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyev məhkəmədə iştirak edib.

"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya
"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya

"Onun səhhəti çox ağırdır, kritikdir. Məhkəməyə gəlmək halında deyil və gəlmək istəməyib. Mülaicə müəssisəsində onu aldadıblar ki, vəkillərlə görüşə aparırlar. Ona zor tətbiq edərək məhbus daşıyan avtomobilə mindirblər. O, avtomobildə özünü çox pis hiss edib, öd qaytarıb. Bəxtiyar məhkəmədə çıxış edə bilmədi. Çünki danışmaq və ayaq üstə durmaq üçün taqəti yoxdur. Yalnız dedi ki, sonadək aclığı davam etdirəcək və şərlənərək həbs edilib", vəkil qeyd edib.

"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya
"Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya

Bu zaman məhkəmənin binası qarşısına toplaşan fəallar məhkəmənin qərarına etiraz olaraq "Bəxtiyar Hacıyevi azad et!" şüarı ilə aksiya keçirib. Polis aksiyanın qarşısını alıb. Fəallar Əli Məlikov, Nərminin Şahmarzadə, Afiəddin Məmmədov, Samir Sultanov və Nemət Abbasov polis tərəfindən saxlanılıb.

XS
SM
MD
LG