Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalı Türkiyədə saxlanılıb


İmran Məmmədli (Foto İmran Məmmədlinin facebook səhifəsindən götürülüb)
İmran Məmmədli (Foto İmran Məmmədlinin facebook səhifəsindən götürülüb)

Müsəlman Birliyi Hərəkatının fəalı İmran Məmmədli yanvarın 4-də Türkiyənin Afyonkarahisar şəhərində saxlanılıb.

Bu barədə Amerikanın Səsinə Müsəlman Birliyi Hərəkatından bildiriblər.

"Yanvarın 3-də axşam saatlarına İmrana bir qadın zəng edib bildirib ki, Azərbaycan dövlətinin və iqtidarının əleyhinə kəskin tənqidi status yazılıb. Bu adam sizisiniz. O da təsdiq edib. Yanvarın 4-də səhər evdən çıxarkən onu qandallayıb aparıblar və sonra yaşadığı evə qaytarıblar. O, əşyalarını götürüb və yenidən aparıblar. Hələ də ailəsinə onun harada olması barədə məlumat verilməyib", Müsəlman Birliyi Hərəkatının əməkdaşı Amerikanın Səsinə deyib.

Müsəlman Birliyi Hərkatının məlumatına görə, İmran Məmmədli barədə Azərbaycanda hər hansı cinayət işi olmayıb və o, axtarışda deyil.

"İmran Məmmədli üç ay əvvəl ölkədən gedib və sərhədi keçərkən ona hər hansı irad bildirilməyib", hərəkatın əməkdaşı qeyd edib.

İmran Məmmədlinin ölkəyə eksdradisiya olunub-olunmaması barədə hüquq- mühafizə orqanlarından hələ məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, bundan öncə İmran Məmmədli 2022-ci il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilən zaman məhkəmənin qarşısında saxlanılıb. O, polisə müqavimət ittihamında təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırov 20 il həbsə məhkum edilib.

Taleh Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Mövzuya uyğun

XS
SM
MD
LG