Accessibility links

USAİD-in dəstəyi ilə Azərbaycanın fermer və emalçıları İsrail təcrübəsini öyrənir


 (Foto USAİD/Azerbaijan-nındır)
(Foto USAİD/Azerbaijan-nındır)

Noyabrın 14-dən 20-dək Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində bir qrup azərbaycanlı fermer və emalçı İsrailin Azərbaycandakı səfirliyi ilə birgə Amerika Beynəlxalq İnkişaf Agentliynin (USAID) Özəl Sektorun İnkişafı Layihəsi tərəfindən dəstəklənən İsrail ilə ticarət missiyasında iştirak edir.

Bu barədə USAİD/Azerbaijan məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda İsraildə səfərdə olan iştirakçılar bu ölkənin qida sənayesindəki qabaqcıl bilik, bacarıqlarla tanış olacaq, avadanlıqların istifadəçiləri, habelə təchizatçıları haqqında öyrənəcək və Azərbaycandan tədarüklə maraqlanan alıcılarla görüşlər keçirəcək.

"Ticarət missiyası azərbaycanlı fermerlərə, emalçılara və ixracatçılara həm alıcılardan qida keyfiyyəti tələbləri, həm də Azərbaycanda qablaşdırma və istehsalın standartlaşdırılmasının təkmilləşdirilməsi imkanlarını öyrənməyə kömək edəcək. Son illərdə USAID-in təşkil etdiyi beynəlxalq tanışlıq səfərləri azərbaycanlı fermerlərə və emalçılara fayda verərək təkmilləşdirilmiş becərmə və idarəetmə təcrübələri kimi sübut edilmiş təsirlərlə nəticələnib" , USAİD/Azerbaijan bildirir.

XS
SM
MD
LG