Accessibility links

Xəstə atasını ziyarət etmək üçün Almaniyadan Azərbaycana gəlmiş Anar Əliyevin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir


Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan fəalların yaxınları Almaniya səfirliyi önündə (31 may, 2022)
Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan fəalların yaxınları Almaniya səfirliyi önündə (31 may, 2022)

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və Almaniyadan siyasi mühacir olduğu bildirilən Anar Əliyevin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulmasından məhkəməyə şikayət verilib. Bu məlumatı vəkil Elçin Sadıqov verib.

Anar Əliyevin Almaniyada humatinar əsaslarla sığınacaq aldığı və iyulun 8-də xəstə atasını ziyarət etmək üçün həyat yoldaşı və 2 uşağı ilə birlikdə Azərbaycana gəldiyini bildirilir. O, iyulun 25-də həbs edilib.

Onun həyat yoldaşının Azərbaycandan çıxmasına qadağa qoyulduğu və bu səbəbdən, uşaqların təhsilini davam etdirməsi üçün geri qayıda bilmədiyi bildirilir.

Vəkil Elçin Sadıqov fəalın həyat yoldaşının ölkədən çıxışına qanunsuz qadağa qoyulması ilə əlaqədar Bakı Şəhər Nizami Rayon Məhkəməsinə şikayət verib.

"Biz qadağanın qanunsuz sayılması və onun ləğv edilməsi xahişilə məhkəməyə müraciət etmişik," Sadıqov Amerikanın Səsinə bildirib. O qeyd edib ki, Anarə Əliyeva nə şahid, nə zərərçəkən, nə də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmayıb. Şikayətə baxılması sentyabrın 1-nə təyin edilib.

Anarə Əliyeva Amerikanın Səsinə deyib ki, şantaja məruz qalır.

"Nizami Rayon Polis İdarəsində həyat yoldaşımı yola gətirməyi, onu “cinayət törətdiyini etiraf etməyə” razı salmağı, həmçinin mətbuata və beynəlxalq təşkilatlara bu məsələ barədə məlumat verməməyi təklif edirlər. Bunun əvəzində ölkədən çıxışa qadağanın götürüləcəyini vəd edirlər. Mən belə bir qanunsuz sövdələşməni qəti şəkildə rədd etdim. Bundan sonra məni təqsirləndirilən şəxs qismində cəlb edəcəklərilə hədələdilər,” Anarə Əliyeva deyib.

O hesab edir ki, həyat yoldaşı Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar Almaniyada keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə təqib olunur.

Hüquqşünas Namizəd Səfərov bu hadisəni Amerikanın Səsinə şərh edərkən Əliyevanın ölkədən getməsinə qoyulan qadağanı əsassız adlandırıb.

"Cinayət Prosessual Məcəlləsi”nə əsasən ölkədən çıxışa qadağa yalnız təqsirləndirilən şəxsə şamil edilə bilər. Azərbaycanın heç bir qanununda zərərçəkənlərin, şahidlərin və ya şahid qismində cəlb oluna bilən şəxslərin ölkədən çıxışına məhdudiyyətlərin qoyulması ilə bağlı qaydalar yoxdur. Eyni zamanda, “Cinayət Prosessual Məcəlləsi”nə əsasən təqsirləndirilən şəxsin ailə üzvləri onun əleyhinə ifadə vermək üçün şahid qismində cəlb oluna bilməzlər, bu, Konstitusiyaya ziddir,” Səfərov qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bundan öncə bildirib ki, Anar Əliyev konkret cinayət əməli törətməkdə şübhəli bilinərək cəlb olunub, istintaq davam edir.

O, həbs edilən şəxsin həyat yoldaşının söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG