Media məsələləri üzrə ekspert Şahvələd Çobanoğlu Amerikanın Səsinə müsahibəsində ölkədə medianın durumu, qəzet yayımının məhdudlaşdırılması və jurnalistlərin həbsindən danışıb.
Amerikanın Səsi: Azərbaycanda medianın durumunu necə qiymətləndirirsiniz? Artıq “Zerkalo” qəzeti də çapının dayandırılması ilə bağlı bəyanat verib.
Şahvələd Çobanoğlu: Bu Azərbaycanın müstəqil mətbuatı üçün çox ağır itkidir. Xüsusən də rus dilində yeganə geniş yayılan qəzet idi. Ardıcıl yayımı var idi. O cümlədən, “Azadlıq” qəzeti artıq neçə dəfələrlə yayımının və nəşrinin təhlükədə olduğu barədə bəyanat verib. “Azadlıq” qəzetinin durumu da yaxşı deyil. Qəzetin yayımını da həddən artıq çətinləşdiriblər, yayılan nüsxələrin isə pulunu ala bilmirlər. O cümlədən blogerlərin həbsi, bütün bunlar göstərir ki, yenə də mətbuata qarşı hakimiyyətin təzyiqləri davam edir, bir az da güclənib. Biz azad mətbuatı itirə-itirə gedirik. Açıq demək lazımdır ki, azad mətbuatın ada şəklində qalan hissələrini də artıq su basmaqdadır.
Amerikanın Səsi: Azərbaycan mediası cəmiyyətdəki ictimai-siyasi fikir spektrini özündə əks etdirə bilirmi?
Şahvələd Çobanoğlu: Bu çox çətin vəziyyətdir. Müstəqil qəzetlər, müstəqil KİV-lər inkişaf edə bilmir. Onlar o qədər basqı altındadır, o qədər maddi, texniki resursları azdır ki, geniş, çoxşaxəli informasiya tutumu olan qəzetin çapı çətinləşib.
Amma bütün hallarda müstəqil media çalışır ki, alternativ fikri verə bilsin. Çünki Azərbaycan hakimiyyəti birtərəfli informasiya siyasəti aparır, özünü təbliğ edir, öz işlərini tərifləyir. Müstəqil və müxalif media çalışır ki, heç olmazsa alternativ fikri versin və bu spektr tamamlansın.
Amerikanın Səsi: Belə görünür, Azərbaycanda media daşıyıcılarına, jurnalistlərə, blogerlərə qarşı təzyiqlər mövcuddur. Çünki çoxsaylı jurnalist, bloger həbsdədir. Onlar Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınıb.
Şahvələd Çobanoğlu: Bu bütün dünyada müzakirə mövzusudur. Azərbaycan hakimiyyəti artıq bunu gizlədə bilmir. Beynəlxalq təşkilatlar jurnalistlərin, blogerlərin həbsdən azad olunmasını tələb edir. Məhkəmələrdə blogerlərin necə qondarma üsullarla həbs olunduqları ortaya çıxır. Hətta blogerlərə açıq təklif olunub ki, səhifələrinizi bağlayın. Yoxsa sizi və valideynlərinizi ağır təzyiqlər gözləyir. Eyni zamanda biz təzyiqlərə, həbslərə yer ayırırıq, amma digər üsullarla təzyiqləri nəzərdən qaçırırıq.
Təsəvvür edin ki, Azərbaycan hakimiyyəti mətbuat yayımını tamamilə sıradan çıxarıb. Rayonlarda, kəndlərdə qəzet köşkləri demək olar ki, tamamilə ləğv edilməkdədir. Bakıda köşklərin sayı çox azaldılıb. Metroda qəzet yayımı dayandırılıb. Artıq qəzeti satmağa yer yoxdur. Azərbaycan hakimiyyəti bütün üsullarla infrastrukturu çökdürür, gəlir yerlərini bağlayır. Qəzeti saxlamaq üçün gərək hakimiyyəti tərifləyəsən və əvəzində onlardan paket alasan. Bircə bu yolu saxlayıblar.
Amerikanın Səsi: Siz Azərbaycanda tədqiqat aparıbsınız. Ölkədə neçə nəfərə bir qəzet köşkü, neçə nəfərə bir qəzet düşür?
Şahvələd Çobanoğlu: 2008-ci ildən apardığımız tədqiqata qəzet köşkləri, səyyar satış, hətta benzindoldurma məntəqələri, bəzi supermarketlər, poçt məntəqələri də daxil edilmişdi. Bununla belə Azərbaycanda hər 10 min nəfərə bir köşk düşürdü. Halbuki beynəlxalq standartda 2 min nəfərə bir köşk böhran sayılır. İndi də biz ayrı-ayrı sahələrdə tədqiqatları davam etdiririk. Mənə görə hazırda 20 min adama bir qəzet köşkü düşmür.
Azərbaycanda 5 min kənd var, o kəndlərin çoxuna “Əkinçi” qəzeti (139 il bundan əvvəl) gedib. Amma bu kəndlərin heç birinə hazırda qəzet getmir. Onlar istəsə də, gərək qəzeti gəlib paytaxtdan alsınlar. Artıq bu proses şəhərlərdə davam edir. Naxçıvanda olarkən öyrəndik ki, bu şəhərdə bir neçə köşk qalıb və buraya az sayda tənqidçi qəzetlər gəlir. Tapşırıblar ki, onlar da satılmasın. Bax belə bir dövrdə Azərbaycan mətbuatı sıxışdırılmış şəkildə mövcuddur. Hər yandan onun fəaliyyəti qayçılanır, baltalanır.
Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz? Nə edilməlidir?
Şahvələd Çobanoğlu: Azərbaycanda siyasi dəyişikliklər baş verməlidir. Ölkəni ayrı təfəkkürlü hakimiyyət idarə etməlidir. Seçkilər azad olmalıdır, xalq iradəsini ortaya qoymalıdır. Xalq öz hakimiyyətini özü seçməlidir ki, xalqı gələcəyə aparan fundamental hüquqlara da qapı açılsın. Xalqın seçimi yoxdursa fundamental hüquqlara, o cümlədən ifadə azadlığına da qapı açılmayacaq. Təsəvvür edin ki, təkcə jurnalistlər basqı altında deyil, vətəndaşlar şikayət etdikdə belə həbs olunurlar, basqılarla üzləşirlər.
Ayrı-ayrı hallarda bu Naxçıvanda, Cəlilabadda baş verib. Məsələn, Naxçıvanda övladının hüququnu müdafiə edəni dəlixanaya salmışdılar. Cəlilabadda YAP üzvünü şikayət etdiyinə görə işdən çıxarmışdılar. Hətta vətəndaşlara öz fikrini ifadə etdiyi üçün təhdid göstərirlər.
Belə xüsusiyyətin qarşısını almağın yeganə yolu Azərbaycanın siyasi azadlıqlara qapısını açmasından keçir. Bu da demokratik seçkidən başlayır. Azərbaycan üzünü yalandan Avropaya tutmaqla deyil və Rusiyanın monopoliyada saxladığı köhnə, vaxtı keçmiş dəyərlərlə Azərbaycan heç vaxt söz azadlığına gəlib çıxa bilməz.
Amerikanın Səsi: Azərbaycanda medianın durumunu necə qiymətləndirirsiniz? Artıq “Zerkalo” qəzeti də çapının dayandırılması ilə bağlı bəyanat verib.
Biz azad mətbuatı itirə-itirə gedirik.
Amerikanın Səsi: Azərbaycan mediası cəmiyyətdəki ictimai-siyasi fikir spektrini özündə əks etdirə bilirmi?
Azərbaycan hakimiyyəti birtərəfli informasiya siyasəti aparır, özünü təbliğ edir, öz işlərini tərifləyir.
Amma bütün hallarda müstəqil media çalışır ki, alternativ fikri verə bilsin. Çünki Azərbaycan hakimiyyəti birtərəfli informasiya siyasəti aparır, özünü təbliğ edir, öz işlərini tərifləyir. Müstəqil və müxalif media çalışır ki, heç olmazsa alternativ fikri versin və bu spektr tamamlansın.
Amerikanın Səsi: Belə görünür, Azərbaycanda media daşıyıcılarına, jurnalistlərə, blogerlərə qarşı təzyiqlər mövcuddur. Çünki çoxsaylı jurnalist, bloger həbsdədir. Onlar Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınıb.
Rayonlarda, kəndlərdə qəzet köşkləri demək olar ki, tamamilə ləğv edilməkdədir. Bakıda köşklərin sayı çox azaldılıb.
Təsəvvür edin ki, Azərbaycan hakimiyyəti mətbuat yayımını tamamilə sıradan çıxarıb. Rayonlarda, kəndlərdə qəzet köşkləri demək olar ki, tamamilə ləğv edilməkdədir. Bakıda köşklərin sayı çox azaldılıb. Metroda qəzet yayımı dayandırılıb. Artıq qəzeti satmağa yer yoxdur. Azərbaycan hakimiyyəti bütün üsullarla infrastrukturu çökdürür, gəlir yerlərini bağlayır. Qəzeti saxlamaq üçün gərək hakimiyyəti tərifləyəsən və əvəzində onlardan paket alasan. Bircə bu yolu saxlayıblar.
Amerikanın Səsi: Siz Azərbaycanda tədqiqat aparıbsınız. Ölkədə neçə nəfərə bir qəzet köşkü, neçə nəfərə bir qəzet düşür?
Mənə görə hazırda 20 min adama bir qəzet köşkü düşmür.
Azərbaycanda 5 min kənd var, o kəndlərin çoxuna “Əkinçi” qəzeti (139 il bundan əvvəl) gedib. Amma bu kəndlərin heç birinə hazırda qəzet getmir. Onlar istəsə də, gərək qəzeti gəlib paytaxtdan alsınlar. Artıq bu proses şəhərlərdə davam edir. Naxçıvanda olarkən öyrəndik ki, bu şəhərdə bir neçə köşk qalıb və buraya az sayda tənqidçi qəzetlər gəlir. Tapşırıblar ki, onlar da satılmasın. Bax belə bir dövrdə Azərbaycan mətbuatı sıxışdırılmış şəkildə mövcuddur. Hər yandan onun fəaliyyəti qayçılanır, baltalanır.
Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz? Nə edilməlidir?
Təsəvvür edin ki, təkcə jurnalistlər basqı altında deyil, vətəndaşlar şikayət etdikdə belə həbs olunurlar, basqılarla üzləşirlər.