3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə azad jurnalistikanın nümayəndələri və qeyri hökumət təşkilatlarının (QHT) təmsilçiləri 2005-ci il martın 2-də muzdlu qatil tərəfindən qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarına gül dəstələri qoyublar.
“Elmar Hüseynovun məzarına gül qoymaq yalnız mayın 3-də deyil, jurnalistika ilə bağlı digər əlamətdar günlərdə də ənənə halına alıb”. Turan agentliyinin direktoru Mehman Əliyev jurnalistin məzarını ziyarət zamanı bildirib.
Onun sözlərinə görə, nə Freedom House-un hesabatları, nə də “Sərhədsiz Reportyorlar” hər gün söz azadlığının boğulması ilə üzləşən Azərbaycan jurnalistlərinin hansı ağrılar yaşadığını çatdıra bilməz.
“Azad mətbuat darmadağın edilib, praktik olaraq bütün media pulla alınıb, ayrı-ayrı oliqarx qruplarının maraqlarına xidmət edir”, Əliyev vurğulayıb.
Ayrı-ayrı qruplar tərəfindən daxili mübarizədə media qurumlarından istifadə etmək jurnalistikada yeni tendensiyaya çevrilib. “Buna sübutlar var”, - o qeyd edib.
Reportyorların Azadlıq və Təhlükəsilzik İnstitutunun rəhbəri Emin Hüseynov “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun həbsi və bu qəzetin gündəlik nəşrinin dayandırılması fonunda vəziyyəti acınacaqlı adlandırıb.
Onun sözlərinə görə, son illər ərzində institut bütün istiqamətlərdə, əsasən söz azadlığı, jurnalistlərin təqib olunması ilə bağlı vəziyyətin pisləşdiyini qeydə alıb.
2014-cü ilin əvvəli üçün ölkədə 11 jurnalist və bloger həbsdədir. Bunu Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəliyev bildirib. O, son ildə blogerlərin sosial şəbəkələrinə görünməmiş təzyiqlərin olduğunu deyib.
“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünya üzrə mətbuat azadlığı reytinqində Azərbaycan 183-cü yerdədir.
KİV İnternet, jurnalist və blogerlərin korrespondensiyası üzərində hökumət nəzarətinin gücləndirilməsi, saytların bloklanması, “Azad Avropa/”Azadlıq” radiosunun peyk yayımına müdaxilə üzündən gələcəkdə tənəzzülə uğrayar, sənəddə deyilir.
Bütün çıxışlarda bir fikir səslənib ki, Azərbaycan jurnalistlərinin ağır vəziyyətinə baxmayaraq, İnternetin inkişafı üzrə dünya tendensiyaları, yeni informasiya texnologiyaları və informasiya cəmiyyətləri nikbinliyə ümid yaradır.
Susdurulan yazarlar və nəşrlərə rəğbət əlaməti olaraq təsis olunmuş Ümumdünya Mətbuat Azadlığı Günündə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini müstəqil medianın məruz qaldığı misilsiz təzyiqləri dərhal dayandırmağa və bütün vətəndaşların ifadə azadlığına hörmət olunduğu şəraiti təmin etməyə çağırır.
İnstitutun qəbul etdiyi bəyanatda deyilir: “Bu çağırış Azərbaycanın görkəmli jurnalistlərindən biri, müstəqil gündəlik qəzet “Ayna-Zerkalo”nun siyasi şərhçisi Rauf Mirqədirovun Türkiyədən məcburi deportasiyasından sonra fantastik “xaricə casusluq” ittihamı ilə həbs olunduğu vaxta təsadüf edir. Mirqədirovun həbsindən sonra bir dəstə mülki geyimli polis “Ayna Zerkalo” qəzetinin ofisinə gələrək axtarış aparıb. Axtarış zamanı qəzetin ən azı 15-16 illik fəaliyyəti barədə arxiv fayllarının yerləşdiyi kompüterlər götürülüb”, bəyanatda qeyd edilir.
Tənqidi mətbuata qarşı hökumət tərəfindən artan düşmənçilik və repressiv qanunvericiliyin mövcud olduğu Azərbaycanda mətbuat azadlığının durumu narahat edicidir.
Həbsxanalarında on jurnalist və yeddi söz azadlığı fəalı olan ölkə Belarus, Rusiya və Özbəkistanı arxada qoyaraq region üzrə jurnalistlərin həbsi rekordunu özündə saxlayır.
“Azadlıq” qəzeti pis sonucları gözə alaraq hakimiyyətdə olanları hesab verməyə vadar edən məsələləri cəsarətlə işıqlandırır. “Azadlıq” çoxsaylı təzyiqlərlə üzləşib və onun əməkdaşları davamlı olaraq təhdid olunub. Dövlət KİV-ə Dəstək Fondunun qəzetin layihəsinin maliyyələşdirilməsini dayandırması və Mətbuat Şurasının aprelin 30-da qəzetə etik qaydaları pozduğu iddiası ilə xəbərdarlıq etmək barədə qərar qəbul etməsi hökumətin qəzeti sıradan çıxarmaq istəyinin davamıdır. Buna baxmayaraq, “Azadlıq” hökumət səviyyəsində korrupsiya və vəzifəyə təyinatda ayrı seçkilik kimi məsələləri işıqlandırmağa davam edir.
Bu təzyiqləri beynəlxalq arenada tənqid etməyə cəhd edən hüquq müdafiəçiləri xüsusi hədəfə çevrilib. Azərbaycanın ən görkəmli hüquq müdafiəçilərindən biri Leyla Yunus aprelin 28-də Bakı aeroportunda saxlanılaraq Baş Prokurorluğa dindirilməyə aparılıb. O, prokurorlar tərəfindən dindirilib və doqquz saatdan sonra sərbəst buraxılıb. Həyat yoldaşı isə iflic-önü durumda xəstəxanaya yerləşdirilib. Leyla Yunusun evində və ofisində axtarış aparılıb.
Hakimiyyət mətbuat azadlığı üzrə beynəlxalq reytinq göstəricisini yaxşılaşdırmağa meylli görünmür. Belə ki, Sərhədsiz Reportyorlar təşkilatı tərəfindən hər il hazırlanan Mətbuat Azadlığı İndeksində hələ də son yerlərdən birini (179 ölkədən 156-cı) tutan Azərbaycan daxili sorğu nəticələri ilə prezidenti bəlkə də ötən il jurnalistlərə pulsuz mənzillərin paylanmasından doğan “mətbuatın dostu” adı ilə təltif etsə də, özünü azad mətbuatın boğucusu kimi tanıtmışdır”, sənəddə qeyd edilir.
Ümumdünya Mətbuat Azadlığı Günündə, RATİ Azərbaycan hökumətini azad mətbuatın əhəmiyyətli rolunu tanımağa və müstəqil jurnalistlərin sərbəst və qorxusuz fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaratmağa çağırır.
“RATİ Azərbaycan hakimiyyətini jurnalistlərin, blogerlərin və söz azadlığı fəallarının dəyərli fəaliyyətini məhdudlaşdıran və cinayət əməli hesab edən bütün qanunları və siyasəti ləğv etməyə çağırır. Medianın buna hüququ, Azərbaycanın isə media fəaliyyəti üçün təhlükəsiz və əlverişli şəraiti yaratmaq öhdəliyi vardır”, bəyanatda bildirilir.
Öz növbəsində bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov beynəlxalq tənqidləri rədd edib. O, ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu, plüralist media mühitinin yaradıldığını bəyan edib.