Accessibility links

Dörd azərbaycanlı jurnalist 100 “İnformasiya qəhrəmanı” arasındadır


Sərhədsiz Reportyorlar_logo
Sərhədsiz Reportyorlar_logo

Siyahıda 25 yaşdan 75 yaşa kimi 65 ölkədən jurnalist var

Sərhədsiz Reportyorlar beynəlxalq hüquq müdafiə təşkilatı mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Gününə həsr edilmiş “100 informasiya qəhrəmanı “adlı siyahı açıqlayıb.

İnsan hüquq və azadlığı istiqamətində cəsarətli iş fəallığı ilə seçilən bu jurnalist və bloggerlər arasında Azərbaycandan olan hüquq müdafiəçisi, Turan Agentliyinin bölgə müxbiri Məlahət Nəsibova, araşdırmaçı jurnalist Xədicə İsmayılova və Azadlıq qəzetinin baş redaktoru, hazırda mühacirətdə olan
Qənimət Zahid də var.

Xatırladaq ki, İran Azərbaycanında tanınmış azərbaycanlı milli-mədəni fəal və jurnalist Səid Mətinpurun da adı həmin siyahıdadır.

Siyahıda 25 yaşdan 75 yaşa kimi 65 ölkədən jurnalist var.

Ən gənc jurnalist Kambocadan, yaşlılar isə Pakistan, İran, Rusiya, Çin, Eriteriya, Azərbaycan, Meksika, Vyetnamdandır.
XS
SM
MD
LG