Accessibility links

2013-cü il jurnalistlər üçün ağır il olub


Jurnalistləri Müdafiə Komitəsi 2013-cü ilin jurnalistlər üçün ən təhlükəli illərdən biri olduğunu bildirib. Komitənin hesabatında dünya üzrə 2013-cü ildə 70 jurnalisrtin öldürüldüyü, 200-dən çox mətbuat işçisinin isə həbs edildiyi haqda məlumat verib. Jurnalistləri Müdafiə Komitəsi həmçinin hökumətlər tərəfindən tətbiq edilən izləmə proqramlarının azad mətbuat üçün yeni risklər yaratdığını qeyd edib.
30 ildən artıqdır dünyada məbuatın durumunu izləyən Jurnalistləri Müdafiə Komitəsi illik hesabatında Suriyanın jurnalistlər üçün ən təhlükə ölkə olaraq qaldığını bildirib. Keçən il Suriyada 29 jurnalist öldürülüb. Suriyada media nümayəndələrinin oğurlanması hallarının da artdığı və onlarla müxbirin ölkəni tərk etdiyi bildirilir.
Suriya regionda jurnalistlər üçün təhlükə yeganə ölkə deyil. Jurnalistləri Müdafiə Komitəsinin Yaxın Şərq və Şimali Afrika proqramlarının koordinatoru Şərif Mənsur İran, İraq və Misir kimi ölkələri qeyd edir.
"İran dünyada ən çox jurnalistin həbs edildiyi ikinci ölkə olaraq qarlı. Biz bu il məhbəsdə 35 jurnalisti qeydə almışıq. Biz hələ də prezident Həsən Ruhaninin mətbuat azadlığı ilə bağlı verdiyi vədlərə əməl edib-etməycəyinə müəyyən etmək üçün gözləyirik"-deyə o bildirib.
Mənsur Şərifin sözlərinə görə, Misirdə mətbuat azadlığı sahəsində vəziyyət ciddi şəkildə pisləşib. Misir lk dəfə olaraq, Jurnalistləri Müdafiə Komitəsinin ən çox sayda jürnalistin həbs olunduğu ölkələr siyahısına düşərək, burada doqquzuncu yerdə göstərilib. Misir həm də Suriya və İraqdan sonra dünyada ən çox jurnalistin öldürüldüyü üçüncü ölkədir.
2013-cü ildə 13 media işçisinin öldrüldüyü və bir çox mətbuat işçisinin tərk etdiyi İraq da narahatlıq doğuran ölkələr arasındadır. Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, Bağdad və Kürdüstan regionun rəsmiləri dəfələrlə tənqidi səsləri həbslər, akkreditasiya verilməməsi və yayım şirkətlərinə reydlər vasitəsilə dəfələrlə susdurmağa çalışıblar.
Jurnalistləri Müdafiə Komitəsi Rusiya və Türkiyənin son il ərzində daha repressiv olduğu ilə bağlı xəbərdarlıq edib. Komitənin Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Oqnyanova bildirib ki, Rusiyanın Soçi Qış Olimpiya Oyunlarına görə diqqət mərkəzində olması son 12 ayda ölkədə mətbuata məhdudiyyətlərin azaldılmasına gətirib çıxarmatıb. "Rusiya bürokratik təqiblər, profilaktik həbslər, siyasi motivlə həyata keçirilən yoxlamalar və məhkəmə prosesləri, tənqidi materialların efirdən çıxarılması və mənbələrin təhqir edilməsi vasitəsilə media qurumlarını ya birbaşa senzura edir, ya da özünü senzuraya məruz qoyur"-deyə o bildirib.
Türkiyə isə ikinci ildir İran və Çini arxada qoyaraq, dünyada ən çox jurnalistin həbs edildiyi ölkə olaraq qalır. Türkiyədə 40 media işçisi hazırda həbsdədir.
Komitənin hesabatında Asiya ilə bağlı deyilir ki, bir zamanlar Çin haqda müstəqil media üçün əlverişli şəraitin olduğu Honq Konq artıq bu mövqeyini itirir.
Afirkaya gəldikdə isə Jurnalistləri Müdafiə Komitəsi Efiopiya, Somali, Konqo Demokratik Respublikası və Qambiyada mətbuat azadlığının risk qarşısında olduğunu bildirib. Komitə Tanzaniya, Zambiya, Keniya, Liberiya və Cənubi Afrika kimi demokratik ölkələrdə də neqativ tendensiyaların müşahidə edildiyini qeyd edib.
Jurnalistləri Müdafiə Komitəsi Birləşmiş Ştatlarda Milli Təhlükəsizlik agentliyinin izlmə proqramının açıqlanması və internetdə izləmə proqramlarının azad informasiya axını üçün risk yaratdığı ilə bağlı nmarahatlığını ifadə edib. Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Simon deyib ki, BMT ifadə azadlığına hörmət edildiyinin təmin edilməsi kimi olduqca böyük bir məsuliyyət daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG