Accessibility links

Şahdəniz yatağının daha dərin layları da işlənəcək


Şahdəniz yatağı
Şahdəniz yatağı

BP daha dərində yerləşən laylarının işlənilməsinə dair “Mərhələ-3” layihəsini təqdim edib

Turan agentliyinin məlumatına görə SOCAR və onun “Şahdəniz” layihəsi üzrə tərəfdaşları yatağın dərində yerləşən laylarının işlənilməsinə dair “Mərhələ-2” layihəsinin reallaşdırılmasına başlamamış artıq Xəzərdə ən böyük qaz yatağında işlərin yeni mərhələsinə başlanmasına dair razılığa gəliblər. SOCAR yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, söhbət “Şahdəniz” yatağının daha dərində yerləşən laylarının işlənilməsinə dair “Mərhələ-3” layihəsindən gedir. Onun sözlərinə görə, layihənin səhmdarları artıq “Mərhələ-3” çərçivəsində tədqiqat işlərinin aparılmasına dair planları razılaşdırıb.

“Layihənin operatoru (BP şirkəti - red.) layihədəki tərəfdaşlarına öz məlumatlarını təqdim edib, bu məlumatlara əsasən, 500 mlrd kubmetr həcmində əlavə hasil edilən qaz ehtiyatları aşkarlana bilər. Ancaq bu məlumatları dəqiqləşdirmək üçün seysmokəşfiyyat işləri və kəşfiyyat quyularının qazılması həyata keçirilməlidir”, - deyə SOCAR nümayəndəsi bildirib.

Ancaq bütün bunların yalnız 2025-ci ildən sonrakı dövrdə reallaşdırılacağı planlaşdırılır. Qeyd edək ki, “Mərhələ-1” layihəsi çərçivəsində hasilat 2006-cı ilin noyabr ayında başlayıb. O vaxtdan 50 mlrd kub metrə yaxın qaz çıxarılıb. “Mərhələ-2” çərçivəsində ilk qazın hasilatı 2018-ci ilin sonlarına, Avropaya ixracı isə 2019-cu ilə planlaşdırılıb. “Şahdəniz”də ilkin hesablamalara görə 1,2 trln kub metr həcmində təbii qaz var.

Öz növbəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov martın 12-də keçirilən Azərbaycan İnvestisiya Samitində bildirib ki, yaxın 5 ildə Neft Fondu qaz layihələrini idarə edəcək şirkətə ildə $2-2,5 mlrd manat ayıracaq.

Onun sözlərinə görə, bu il bu məqsədlə $51 mln manat ayrılıb və ARDNF 2014-cü ilin büdcəsinə yenidən baxacaq.

O qeyd edib ki, bu vəsaitlərə xərclər kimi baxmaq olmaz, çünki Cənub qaz dəhlizi mənfəətlə işləyəndən sonra vəsait qaytarılacaq. “Fikrimizcə, bu vəsait 2023-2024-cü illərdə qaytarıla bilər”, deyə Mövsümov bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG