Accessibility links

Şahdəniz qərarı: Avropaya daha çox qaz


Günter Ottinger
Günter Ottinger

Avropa Komissiyasının Enerji Məsələləri üzrə üzvü Günter H. Oettinger Şahdəniz Konsorsiumunun TAP layihəsini seçməsi barədə məqalə yazıb

Bir neçə gün əvvəl Azərbaycandan çoxdan gözlənilən xəbərləri aldıq: Şahdəniz 2 qaz-kondensat yatağını istismar edən şirkətlər – Şahdəniz Konsorsiumu qazı Azərbaycandan Avropaya çatdıran boru kəmərini seçməyi qərara almışdır.

TAP - Trans-Adriatik Boru Kəməri yataqdan gələn qazın Avropada paylanması üçün boru kəməri olaraq seçilmişdir. Xəzəryanı ölkədən iri həcmdə qazın Avropaya gətirilməsinə işarə etdiyi üçün bu, tarixi bir qərardır. Avropa üçün bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir.

Trans Adriatik Boru Kəməri layihəsi
Trans Adriatik Boru Kəməri layihəsi
2009-cu ildə qaz təchizatı ilə bağlı baş vermiş Ukrayna böhranından (və ondan əvvəl 2006-cı ildə baş verən böhrandan) sonra Avropa İttifaqı (Aİ) öz qaz təchizatını diversifikasiya etməyə çalışmışdır. Bu, marşrutların, mənbələrin və tərəf müqabillərin diversifikasiyası deməkdir. Daha çox tərəfdaşla danışıqlar aparmaq gələcəkdə qaz təchizatının kəsilməməsi və Avropa iqtisadiyyatının rəqabətliliyini saxlamaq üçün zəruri olan qaz təchizatlarının təmin edilməsi baxımından Avropanın şansını artıracaqdır.

Azərbaycan bu prosesdə qapıları açan tərəfdir. Ancaq Cənub Qaz Dəhlizində bundan başqa Aİ-nı Türkiyə, Şərqi Aralıq regionu, İraq, Azərbaycan və digər ölkələrlə birləşdirən əsas mənbələr vardır.

Real strateji nöqteyi-nəzərdən Azərbaycan prezidenti Əliyev Türkiyə ilə birgə Avropa sərhədinədək TANAP adlanan və genişlənə bilən iri boru kəmərinin tikilməsi üçün öhdəlik götürmüşdür. Bu kəmər ilkin olaraq qazı Şahdəniz 2-dən və nəhayət Azərbaycandakı digər yataqlardan Avropa bazarına çatdıracaqdır. Bu gün gördüklərimiz sadəcə bir başlanğıcdır.

Bu gün gördüklərimiz sadəcə bir başlanğıcdır.
Birinci olaraq TAP-ın tikintisinə və sonradan daha çox qazın daşınmasına dair verilən qərar ondan xəbər verir ki, Avstriyaya marşrut - hazırda Nabucco West hələ də aktualdır. Məsələ bu və ya digər boru kəmərinin olmasında deyil, orta müddətdə onların hər ikisinə ehtiyac vardır. Bir məsələ dəyişməz qalır: 2020-ci ildə bizim qaza olan ehtiyacımız artacaq, Xəzərin qazı bu ehtiyaca yaxşı bir cavabdır.

TAP və Nabucco arasında seçimdən daha əhəmiyyətlisi isə Cənub Dəhlizinin açılmasıdır. Səmərəli və funksional daxili enerji bazarı, zəruri infrastruktur və geri axınla qaz Aİ-na daxil olduqdan sonra daxili enerji bazarı ilə Avropanın istənilən yerinə daşına biləcəkdir. Avropa Komissiyası tərəfindən qorunan qarşılıqlı əlaqələr qazın Üzv Dövlətlərə çatdırılmasını təmin edəcəkdir ki, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə bir və ya bir neçə təchizatçı vardır. Bu baxımdan Avropa Komissiyası son illərdə çalışmışdır.

Ancaq Cənub Qaz Dəhlizində bundan başqa Aİ-nı Türkiyə, Şərqi Aralıq regionu, İraq, Azərbaycan və digər ölkələrlə birləşdirən əsas mənbələr vardır.
Bizim əsas prioritet ən zəif ölkələrlə işə başlamaqdır. Məsələn, Bolqarıstanla bağlı Avropa öz enerji təhlükəsizliyi üçün zəruri olan enerji sahəsində uzun müddətli strateji qərarların alınmasında hökumətə yardım etmək üçün daha çox işləməlidir.

Serbiya və Bolqarıstan arasında bağlantının qurulması üçün də komissiya bu iki ölkə ilə işləyir, indi Rumıniya, Macarıstan və Bolqarıstan da qoşulmuşdur. Komissiyanın rəhbərlik etdiyi Şimal-Cənub təşəbbüsü Cənub Qərb və Mərkəzi Avropada daxili bağlantılar şəbəkəsini quracaq bir çox kiçik daxili birləşdirici xətlər yerləşdirmişdir. Ancaq Cənubi Avropaya rəqabətcil qiymətlər gətirmək üçün yenə də çox iş görülməlidir.

Şərqi Aralıq dənizi regionunda resursların dərindən inkişaf etdirilməsini görmək istəyirəm. Kipr hökumətinin adada Mayeləşdirilmiş Təbii Qaz (MTQ) ixrac mexanizmini inkişaf etdirmək cəhdləri bu təşəbbüsün bir hissəsidir. Bizə Yunanıstandan Ukraynayadək çevik liberallaşdırılmış boru kəməri sistemi lazımdır.

Və Azərbaycanın bu işdə marağı nədir?

Azərbaycan Avropanın təhlükəsiz variant olduğundan xəbərdardır ki, əksər hallarda bir çox yerlərdə bu, nəzərə alınmır. Avropa qaydaları sabitdir, gəlirlər daimi və dəyərlidir. Azərbaycan öz gələcəyini Avropaya bağlayır.


Azərbaycan Avropanın təhlükəsiz variant olduğundan xəbərdardır ki, əksər hallarda bir çox yerlərdə bu, nəzərə alınmır.
Avropa üçün Şahdəniz Konsorsiumunun qərarı gələcək baxımından Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu. Qlobal enerji bazarlarının mövcud olduğu və ehtiyatlar üçün rəqabətin artığı bir dünyada biz Avropanın enerji maraqlarını təşviq etməyə və əsas təchizatçı ölkələrlə dərin tərəfdaşlıqlar qurmağa davam edəcəyik. Inanırıq ki, bizim cəhdlərimiz nəticəsində Avropanın ev təsərrüfatları və iş dairələri enerji təchizatı ilə təmin olunacaq və Avropanın rəqabətliliyi artacaq.
XS
SM
MD
LG