Azərbaycanda təbii qaz ehtiyatlarını inkişaf etdirən qrup Yunanıstan vasitəsi ilə Azərbaycan qazının Avropaya nəqli üçün Trans-Adreatik (TAP)boru kəməri layihəsini seçməklə Avstriya marşrutunu dəstəkləyən Nabucco Qərb konsorsiumunu məğlub edib.
Bu layihə 2019-cu ildə inşası başlayacaq Rusiya qaz kəmərinə alternativdir. Avstriyanın Nabucco Qərb şirkəti OMV Yunanıstan və İtaliyada qazın qiymətinin yüksək olmasına görə bu layihənin seçildiyini bildirib.
Şirkətin icraçı direktoru mətbuat konfransında Nabucco layihəsinin sona çatdığını deyib. Şirkət gələn bir neçə həftə ərzində Nabucco partnyorlarının Qara dənizdən boru xəttinin inşası planlarını nəzərdən keçərəcəklərini bildirib.
TAP Norveçin Statiol, İsveçin AXPO və Alamniyanın E.ON Ruhgas şirkətləri tərəfindən idarə edilir. Layihə Azərbaycan qazının Türkiyədən Yunanıstan və Albaniya vasitəsi ilə İtaliyaya nəqlini nəzərdə tutur.
Nabucco Qərb isə Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək qazın Avstriyayaa nəqlini dəstəkləyirdi.