“Heç kim risklərdən, o cümlədən gələcəkdə baş verə biləcək hadisələrdən sığortalanmayıb. SOCAR prezidenti Rövnəq Abdullayev bugünki mətbuat konfransında TAP (Trans-Adriatik qaz kəməri) layihəsinin həyata keçirilməsində mümkün risklər haqqında Amerikanın Səsinin sualına belə cavab verib.
Lakin Azərbaycanın həyata keçirdiyi siyasət sülh və əməkdaşlığa yönəlib.
“Azərbaycan prezidentinin iyunun 26-da hərbi paradda çıxış edərkən bildirdiyi kimi, hamımız Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq. Azərbaycan həmişə sülh və əməkdaşlıq prinsiplərinə üstünlük verir”, deyə Abdullayev bildirib.
“Düşünmürəm ki, TAP layihəsinin siyasi riskləri ola bilməz. “Şahdəniz-2” layihəsinin həyata keçirilməsində biz “Şahdəniz-1”in təcrübəsindən istifadə edirik.
Gürcüstanla sərhədə qədər genişlənmə prosesləri və Xəzərdə beynəlxalq səviyyədə həyata keçirilən işlər Azərbaycan qanunlarına uyğundur. Buna görə biz bu layihə üçün siyasi risklər görmürük”, deyə Abdullayev bildirib.
Öz növbəsində, BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan regionu üzrə prezidenti Qordon Birrel deyib: “Biz 15 ildir Xəzərdən neft ixrac edirik. Heç vaxt siyasi risk və müdaxilə olmayıb. Biz Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri ilə işləyirik, əməkdaşlığımızı və bu hökumətlərin fəaliyyətini çox yüksək qiymətləndiririk”, deyə o bildirib.