Mohammad Hussein 20 ildir ki, Azərbaycanda yaşasa da, onlara vətəndaşlıq verilmədiyini deyir. O, Taliban hakimiyyətinə görə qaçqın düşənlərdən biridir. Mohammad bildirir ki, avqustun 23-də Əfqanıstandan olan bir qrup miqrantla Bakının mərkəzində etiraz aksiya keçiriblər.