Mayın 1-də Bakıda bir qrup gənc fəallar “Azad Fəhlə” abidəsi qarşısıda aksiya keçirib.
Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə aksiya “Demokratiya 1918 Hərəkatı”nın təşkilatçılığıyla keçirilib.
Hərəkatın İdarə Heyətinin üzvü Afiyəddin Məmmədov bildirib ki, Azərbaycanda uzun illərdir ki, “zəhmətkeşlərin hüquqları” anlayışı unudulur və 1 May günü qeyd olunmur.
“Azərbaycanda zəhmətkeşlər amansızcasına istismar olunur. Uzun illər buna etiraz edən olmayıb. Amma indi vəziyyət dəyişir. Buna misal olaraq son vaxtlar ərzaq çatdıran "Wolt" və "Bolt Food" şirkətlərinin kuryerlərinin etirazlarını göstərmək olar. Onlar əmək haqlarının artırılmasını və kuryerlərin təhlükəsizliyinin təmin edilməsini tələb ediblər” - deyə, Məmmədov aksiyada bildirib.
Etirazçılar üzərində “İstismara son!” şüarı yazılmış plakat açıblar və fikirlərini səsləndirəndə onları polis maşınına aparıblar.
“Demokratiya 1918 Hərəkatı”nın sədri Əhməd Məmmədlinin verdiyi məlumata görə, aksiyadan əvvəl və sonra saxlanılsa da, daha sonra isə sərbəst buraxılıblar.
“Aksiyadan əvvəl üzvümüz Ayxan İsrafilov saxlanılmışdı.“Demokratiya 1918 Hərəkatı”nın İdarə Heyəti üzvləri Afiəddin Məmmədov, Fərid İmanov, Şəms Hacıyeva, ictimai fəallardan Emin Xəlilli, Samir Abdulla və Rəbiyyə Məmmədova isə aksiyada saxlanıldı”, o bildirib.
Əhməd Məmmədli bildirib ki, Şəms Hacıyeva və Rəbiyyə Məmmədovanı 23-cü polis bölməsinə, digərlərini 24-cü bölməyə aparıblar və ardınca sərbəst buraxıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Aprelin 22-də “Wolt Azərbaycan” şirkətinin 100-dən çox işçisi işə çıxmayıb. Onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurub.
İşçilərin Facebook şəbəkəsində yaydığı məlumata əsasən, “maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, növbədə gözləyən yüzlərlə insan varAprelin 22-də “Wolt Azərbaycan”.
“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, tətilçilərdən biri yazıb.
Aprelin 26-da isə “Wolt” və “Bolt food” şirkətlərinin əməkdaşları moto-yürüş keçiriblər. Kuryerlər xidmət haqlarının əvvəlki məbləğə qədər qaldırılmasını istəyirlər. Onlar iddia edir ki, şirkət rəhbərliyi onları görüşə qəbul etmir.
“Wolt Azərbaycan” şirkəti tətilçilərin tələbinə hələ münasibət bildirməyib.
Wolt, 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub. Mənzil qərargahı Helsinki şəhərində yerləşir.
Wolt Bakıda 23 çox populyar restoran ilə işləyir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir.