3 may dünyada Beynəlxalq Media Azadlığı Günü kimi qeyd edilir. Azərbaycanda mətbuat və ifadə azadlığının hazırkı vəziyyəti, jurnalistlərin məruz qaldığı məhdudiyyətlər barəsində videobloger Mehman Hüseynovla danışmışıq.
Mayın 2-də Bakının Qaradağ rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Azərbaycanlı şagirdlərdən ibarət komanda 24-26 mart tarixlərində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş ofisində keçirilən konfransda iştirak edib. 200-dən çox ölkənin qatıldığı "Dünyanı dəyiş" adlı bu konfransda azərbaycanlı şagirdlər 4 medal və müxtəlif sertifikatlar qazanıblar.
Layihə qadınlara sosial biznes sahəsində müxtəlif bacarıqları aşılamaq, onları əmək bazarında aktiv iştiraka cəlb etmək, iqtisadi azadlıqlarının inkişafına təsir göstərməyi hədəfləyib.
"Bolt" taksi xidməti şirkətinin təyin etdiyi qiymətlərlə çəkilən məsrəflərinin uyğun olmadığını bildirən sürücülər bu gün şirkətin Bakıdakı baş ofisi qarşısında narazılıqlarını bildirib.
8-11 aprel tarixlərində keçirilən Uşaq Kitab Festivalı çərçivəsində minlərlə kitab oxuculara endirimli qiymətlərlə təklif olunub, uşaqlar üçün təqdimatlar, master-klaslar, əyləncəli tamaşalar təşkil edilib. Həmçinin yerli və Türkiyədən dəvət edilən yazıçıların iştirakı ilə panellər təşkil edilib.
Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural TV" rəhbəri Əvəz Zeynallının cinayət işi üzrə məhkəmənin iclası keçirilib. Məhkəmə iclası prokurorun ittiham aktını elan etməsi ilə davam edib. Prosesin davamında vəziyyət daha da gərginləşib və nəticədə hakim məhkəməni yarımçıq dayandırıb.
Aprelin 10-da qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların yaxınları Prezident Adminstrasiyasının binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar yaxınlarına şəhidlik statusunun verilməsini, yaxınlarının Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edib.
Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayevin ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Ədliyyə Nazirliyinin binası qarşısında keçirilən aksiyanın iştirakçıları "Zamin Salayevə azadlıq!", "Siyasi məhbuslara azadlıq!", "Zamin Salayevi öldürmə", "Polis, haqqa yol ver" kimi şüarlar səsləndiriblər.
Martın 1-də Bakının Gənclik MALL-da keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və Avropa İttifaqına Üzv Dövlətlərin digər Səfirləri öz xanımları ilə və kampaniyaya dəstək verən tanınmış simalar iştirak ediblər.
Daha çox yüklə