Accessibility links

AXCP-nin Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib


AXCP-nin Salyan rayon təşkilatının sədri Zamin Salayev
AXCP-nin Salyan rayon təşkilatının sədri Zamin Salayev

Mayın 2-də Bakının Qaradağ rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimli sədrlik edən hakimə etiraz edib. Bundan başqa, vəkillər cinayət işinə xitam verilməsi, Zamin Salayev barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlər qaldırıb.

Nemət Kərimli məhkəmə iclası ilə bağlı Amerikanın səsinə danışıb:

"Hakim istintaq müddəti yekunlaşdıqdan sonra həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti qəbul etməmişdi. Əlavə olaraq, özündən əsaslar müəyyən etmişdi. Hansı ki, bu, prokurorluğun səlahiyyətində olan məsələdir. Bununla bağlı, hesab edirik ki, o, ədalətli məhkəmə apara bilməyəcək. Və hüquqlarını müdafiə etdiyimiz şəxslə məsləhətləşdikdən sonra vəkilləri olaraq etiraz etdik. Təbii ki, təmin edilmədi. Həbsin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verildi. Həmin vəsatət də təmin olunmadı".

Zamin Salayev məhkəmə prosesində çıxış edib. O bildirib ki, həbsi siyasi fəaliyyəti ilə əlaqədardır və siyasi sifarişdir. Vəkil Fəxrəddin Mehdiyev həbs- qətimkan tədbirinin dəyişdirilməməsini əsassız hesab edir:

"Hazırda həbsin dəyişilməməsi qeyri-insani münasibətdir, qəddar münasibətdir. Ona görə, biz məhkəmənin diqqətinə çatdırdıq ki, heç olmasa, həbsin dəyişilməsi baş versin. Əgər bu, baş vermiş olsa, hansısa bir araşdırmanın obyektiv aparılacağına ümid yaranardı. O ümid artıq yoxdur".

AXCP sədir Əli Kərimli bildirib ki, Zamin Salayev aclıq nəticəsində həddindən artıq zəifləyib.

AXCP-nin Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib
please wait

No media source currently available

0:00 0:02:24 0:00

"85 gündür aclıq edən insanı adi məhbus avtomobilində məhkəməyə gətirib-aparırlar. Onun özü oturub qalxa bilmir, bədəni əsir. Mənə nə qədər ağır olsa da, deməliyəm ki, ölüm əlamətləri var. Ona qarşı açıq-aşkar qəddarlıq nümayiş etdirilir".

Məhkəmə baxışı mayın 10-na təyin edilib.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 85 gündür aclıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG