Accessibility links

Avropa İttifaqının nümayəndəliyi “Qadın böyük qüvvədir” şüarı altında sosial kampaniyaya başlayıb


Avropa İttifaqının nümayəndəliyi “Qadın böyük qüvvədir” şüarı altında sosial kampaniyaya başlayıb
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Qadın böyük qüvvədir” şüarı altında sosial kampaniyaya başlayıb.

Martın 1-də Bakının Gənclik MALL-da keçirilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və Avropa İttifaqına Üzv Dövlətlərin digər Səfirləri öz həyat yoldaşları ilə və kampaniyaya dəstək verən tanınmış simalar iştirak ediblər.

Səfir Peter Mixalko qeyd edib ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bu kampaniya çərçivəsində Aİ Nümayəndəliyi Azərbaycanda uğur qazanmış 20-dən çox qadının hekayələrini bölüşəcək.

"Beynəlxalq qadınlar günü, yəni 8 Mart münasibətilə kampaniyamız müddətində Azərbaycan qadınlarının uğurlarını, bacarıqlarını və gücünü təbliğ edəcəyik".

Kampaniyanın simalarından olan "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qadınları sahibkarlıq sahəsində fəal olmağa çağırıb:

"Əslində ən böyük arzum odur ki, Azərbaycanda qadın sahibkarların sayı artsın. Qadına şiddətlə bağlı baş verənlərin sayı da az olardı, əgər qadınların maliyyə vəziyyəti yaxşı olsaydı. Buna görə də mütləq sahibkarlıqla məşğul olmaq lazımdır. Heçnədən qorxmayın, burada heç bir çətinlik yoxdur. Zadəcə özgüvənli olmaq lazımdır. Mütləq özünüzə uyğun, istədiyiniz işlə məşğul olun. Bu bizim yeni layihəmizdir, Cəsur qızların kitabı. Azərbaycanın 22 görkəmli qadınıyla bağlıdır. Burada balerina, ilk həkim, yazarlarla bağlı məlumatlar var və sonuncu səhifəni boş saxlamışıq. Oxucunun burada öz hekayəsini yazması üçün boş saxlamışıq".

Hüquq müdafiəçisi Şəhla İsmayıl qadınların cəmiyyətdəki rolunun möhkəmlənməsi üçün təhsilin önəmindən danışıb:

"İlk öncə qadın özündən başlamalıdır, özünə güvənməlidir və öz gücü üzərində daim işləməlidir. Hər zaman o inamlı addımlarla irəliyə getməlidir. Heç bir maneələrdən qorxmamalıdır və bacardığı qədər təhsilini artırmalıdır. Ölkə səviyyəsində əlbəttə ki, münbit şəraitin yaradılması üçün ilk öncə qanunvericilikdə qadınlara yaxşı şərait yaradılmalıdır və daha sonra icrasında qadınlar üçün hüquqlarla bərabər imkanlar olmalıdır. Hər qadının təhsil almağa bərabər hüququ olmalıdır, hər qadın bütün imkanlara çatımlı olmağa haqqı çatmalıdır".

Tədbirdə Aİ səfiri qadınların və qızların davamlı inkişafın aparıcı qüvvəsi olduğunu, gender bərabərliyi təmin edilməsi, həmçinin qadınların hüquq və imkanlarının genişləndirilməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil edildiyini vurğulayıb.

XS
SM
MD
LG